Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
13 Noyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9363
16.03.2026, 22:55
Ştat vahidi yaradılarkən vəzifə maaşı göstərilməlidir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) sistemində yeni funksionallıq tətbiq olunub. Bu yeniliyə görə:
-Müəssisələr sistemdə ştat vahidi yaradarkən həmin vəzifə üçün tarif (vəzifə) maaşını mütləq şəkildə göstərməlidirlər.
Bu isə əmək münasibətlərində maaşların daha şəffaf göstərilməsi və qeydiyyatının dəqiq aparılması məqsədi daşıyır.
Nəzarəti isə Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.
Oxu24.com bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq.
“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) ştat vahidi yaradılarkən vəzifə maaşının göstərilməsi ilə bağlı yeni tələbin tətbiqində əsas məqsəd nədir?
"Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə əmək münasibətləri və məşğulluq sahələrində imkanların artırılması məqsədi ilə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də ştat vahidi anlayışının Əmək Məcəlləsinə gətirilməsidir.
Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir.
Yeni tələbin əsas məqsədi ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının sistemdə mütləq şəkildə göstərilməsini təmin etməkdir. Bu yanaşma müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, eləcə də əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına xidmət edir”,-deyə verilən açıqlamada qeyd olunur.
-Bu yenilik işəgötürənlər və işçilər üçün hansı üstünlükləri yaradacaq?
"Yeni funksionallıq ştat vahidlərinin formalaşdırılması prosesində daha şəffaf və aydın mexanizmin tətbiqinə imkan yaradır. Bunun nəticəsində əmək münasibətlərinin elektron mühitdə idarə olunması daha sistemli və səmərəli həyata keçirilir”,-deyə açıqlamada bildirilir.
-Vətəndaşlar öz əmək hüquqlarının qorunduğunu yoxlamaq üçün ƏMAS sistemindən necə istifadə edə bilərlər?
"Vətəndaşlar “e-sosial” portalı vasitəsilə ƏMAS-da mövcud olan şəxsi kabinetlərinə mütəmadi daxil olaraq prosesləri izləyə bilərlər. Belə ki, sistemdə işəgötürən və işçilər arasında rəsmi yazışmaların aparılması funksionallığı mövcuddur. Həmin bölmə vasitəsilə istənilən vaxt işəgötürənə müraciət etmək mümkündür. Eyni zamanda daxil olmuş müraciətləri izləmək imkanı da yaradılmışdır. İşəgötürən tərəfindən verilmiş əmrlərin işçilərin kabinetlərinə inteqrasiyası da təmin edilib”,-deyə rəsmi qurum qeyd edib.
Çimnaz Telmanqızı
09:34 / 13 Noyabr 2026
1
09:33 / 13 Noyabr 2026
12
09:31 / 13 Noyabr 2026
11
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
762
00:49 / 13 Noyabr 2026
151
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
223
23:53 / 12 Noyabr 2026
1530
23:51 / 12 Noyabr 2026
187
23:40 / 12 Noyabr 2026
265
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1060
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
165
22:49 / 12 Noyabr 2026
230
22:40 / 12 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.