SON DƏQİQƏ!Məhkəmə Afət Fərmanqızı barədə QƏRAR VERDİ
09 İyun 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2586
16.03.2026, 23:22
"Kupça"sı və digər rəsmi sənədləri olmayan evlərin sökülməsi zamanı kompensasiya verilib-verilməməsi vətəndaşları ən çox maraqlandıran məsələlərdən biridir. Hüquqşünasların sözlərinə görə, belə evlər xüsusilə Bakıda kifayət qədər mövcuddur və bu məsələ praktikada tez-tez müzakirə olunur.
Oxu24.com bildirir ki, xalq arasında “JEK evləri” və ya “ev kitabçası ilə olan evlər” kimi tanınan bu mənzillər adətən dövlət balansında olan yaşayış sahələridir. Onlar əsasən Mənzil Kommunal Təsərrüfatı Departamenti və onun yerli strukturlarının idarəsində olur. Belə hallarda torpaq da, tikili də formal olaraq dövlətə məxsus sayılır və vətəndaşın həmin əmlak üzərində mülkiyyət hüququ olmur.
Buna baxmayaraq, hüquqşünas qeyd edir ki, qanunvericilikdə “mənzil hüququ” və “mülkiyyət hüququ” anlayışları bir-birindən fərqlənir. Yəni vətəndaşın mülkiyyət sənədi olmasa belə, həmin evdə faktiki yaşayırsa, onun mənzil hüququ mövcud sayılır.
Məhz buna görə də praktiki təcrübədə son illərdə belə evlər sökülərkən vətəndaşlara kompensasiya verildiyi hallara rast gəlinir. Bu kompensasiya mülkiyyət hüququna görə deyil, vətəndaşın yaşayış yerindən məhrum edilməsinə görə ödənilir.
Ekspertlər vurğulayır ki, vətəndaşların mənzil hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur və dövlət insanların yaşayış sahəsindən məhrum edilməsinə yol verildikdə onların sosial müdafiəsini təmin etməlidir.
Bununla belə, hər bir konkret vəziyyətdə kompensasiya məsələsi evin statusu, torpağın hüquqi vəziyyəti və sakinlərin həmin ünvanda faktiki yaşayışı kimi amillər əsasında ayrıca araşdırılır.
Hazırladı: Jalə
01:04 / 10 İyun 2026
133
00:24 / 10 İyun 2026
160
00:01 / 10 İyun 2026
125
23:52 / 09 İyun 2026
150
23:36 / 09 İyun 2026
256
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
126
23:15 / 09 İyun 2026
123
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
173
22:59 / 09 İyun 2026
260
22:52 / 09 İyun 2026
457
22:41 / 09 İyun 2026
126
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
133
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
157
21:01 / 09 İyun 2026
117
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
146
20:27 / 09 İyun 2026
140
20:10 / 09 İyun 2026
1305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.