Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
25 May 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
682
08.10.2025, 11:14
“Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə reallaşan “Bütün vücudlar danışır” layihəsinin bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə son bir ildə görülən işlər təqdim olunub, inklüziv rəqs nömrəsi göstərilib, həmçinin layihənin bir ilini əhatə edən sənədli film nümayiş etdirilib.
“Bütün vücudlar danışır” layihəsinin məqsədi cəmiyyətin müxtəlif qruplarını – həm əlilliyi olan, həm də olmayan insanları bir araya gətirərək onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, dostluq və ünsiyyət üçün imkanlar yaratmaq, eləcə də inklüzivliyi gücləndirməkdir. Bununla yanaşı, layihə əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına da töhfə verir. Ötən il ərzində layihəyə ümumilikdə 587 nəfər qatılıb. Onların 396-sı əlilliyi olan, 191-i isə əlilliyi olmayan şəxslərdir.
Xatırladaq ki, 3 noyabr 2025-ci il tarixindən etibarən “Bütün vücudlar danışır” layihəsinin növbəti mərhələsinə start veriləcək.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.