Qaynar xətt:

(+99450) 247 90 86

Voleybolçu qızlardan biabırçı nəticə

2018-10/1539241300_dfa4a9b2-5aba-4685-b73c-b512af43efbc.jpg

İDMAN

1101

11.10.2018, 11:01

\"\" Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.
Oxu24.com xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin komandası II mərhələnin 4-cü oyununda da uduzub. Yığmamız bu dəfə Bolqarıstana məğlub olub – 0:3 (19:25, 20:25, 20:25). Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu – 8-ci pillədə başa vurub. Qeyd edək ki, bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.