Qaynar xətt:

(+99450) 247 90 86

DÇ-2018: İlk finalçı kim olacaq? -

2018-07/1531205194_895b43c87c9701e.jpg

İDMAN

1593

10.07.2018, 10:47

\"\"  Bu gün DÇ-2018-də ilk finalçı bəlli olacaq. Apasport.az saytının məlumatıa görə, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.
Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb. Mundialdan əvvəl favoritlər sırasında göstərilən hər iki komandanın qarşılaşması maraqlı mübarizə vəd edir.   DÇ-2018 1/2 final 22:00 Fransa – Belçika Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika) Sankt Peterburq, “Sankt-Peterburq” stadionu