Qaynar xətt:

(+99450) 247 90 86

Əliyar Ağayevə ağır CƏZA 

Əliyar Ağayevə ağır CƏZA 

İDMAN

230

06.04.2026, 22:16

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.

Oxu24.com xəbər verir ki, penalti epizodlarında matçı davam etdirən təcrübəli FİFA referisi mövsümün növbəti 5 turunda Premyer Liqa oyunlarına təyinat almayacaq.

Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb.

Qeyd edək ki, bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib.(teleqraf)