Əli Əsədovdan yeni qərar — SİYAHI TƏSDİQLƏNDİ
10 İyun 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
848
06.04.2026, 18:13
Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi və hadisənin təsiri nəzərə alınmaqla müəyyən edilir. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətli hesab olunur.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, xəyanətə görə təzminat artıq Azərbaycanda mövcuddur:
"Yeni qərar 2026-cı ildən etibarən qüvvəyə minib və keçmiş xəyanətlərə aid deyil. Bu qərar qəbul edildikdən sonra baş verən münasibətlərə aiddir. Belə halda, ailə münasibətlərinə zidd olaraq xəyanətə uğramış tərəf, xəyanət edən şəxsi şəxsiyyət hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə verə bilər.
Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyəqətin alçaldılması üzrə iddialarını qaldıra bilər".
Vəkil deyib ki, mənəvi təzminat davasında şəxsin öz qiymətləndirməsinə əsasən təzminat məbləğini müəyyən etməsi mümkündür, amma məbləğ ağlasığmaz olmamalıdır:
"Bu məbləğ 10–20 min manat arasında ola bilər. Bu zaman şəxsin yaşı, cinsi, həssaslıq dərəcəsi və mənəvi sarsıntının dərəcəsi nəzərə alınır. Müraciətin vaxtı da məhkəmə prosesində vacibdir. Dərhal müraciət olunarsa, məhkəmə təsirli hesab edir, amma bir neçə il sonra müraciət edilsə, mənəvi zərbənin dərəcəsi və məhkəmənin inamı azala bilər. Qanunla boşanmaq şərt hesab olunmasa da, şəxs boşanmırsa, xəyanəti daxilən qəbul etmiş sayılır", - deyə vəkil bildirib.
10:08 / 10 İyun 2026
7
10:02 / 10 İyun 2026
23
09:58 / 10 İyun 2026
26
09:45 / 10 İyun 2026
42
09:43 / 10 İyun 2026
35
09:42 / 10 İyun 2026
39
09:40 / 10 İyun 2026
109
09:39 / 10 İyun 2026
46
01:04 / 10 İyun 2026
290
00:24 / 10 İyun 2026
347
00:01 / 10 İyun 2026
217
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
157
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
301
22:52 / 09 İyun 2026
556
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.