Əlillik pensiyaları ilə bağlı AÇIQLAMA
10 İyun 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
856
06.04.2026, 19:49
İntensiv yağıntılar yenidən ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara səbəb olub. Bir sıra yaşayış evləri və obyektlər su altında qalıb. Amma ortaya çıxan mənzərə göstərir ki, yaranan problemlər təkcə təbii səbəblərdən qaynaqlanmır. Belə ki, bəzi vətəndaşlar ev alarkən və ya tikərkən ərazinin infrastrukturunu, relyefini və ümumi vəziyyətini nəzərə almırlar. Nəticədə kanalizasiya sistemi olmayan, vaxtilə gölməçə və bataqlıq olmuş sahələrdə inşa edilən evlər yağışda su altında qalır.
Bəs ev alarkən nələrə diqqət etmək lazımdır?
Oxu24.com mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Bakupost.az -a açıqlamasında bildirib ki, fərdi yaşayış evi alarkən sözsüz ki, ilk növbədə kanalizasiya təchizatı olan yerlərdən ev almaq daha uyğundur:
“Birinci tövsiyəm budur. Kanalizasiya sistemi olan ərazilərdə subasma riski minimuma enir. Bundan əlavə, ərazinin relyefi də nəzərə alınmalıdır. Çökəkliklərdə yerləşən sahələrdə güclü yağış zamanı suyun yığılması qaçılmazdır. Bu kimi yerlərdə risk daha çoxdur”.
Ekspertin sözlərinə görə, ikinci əsas məsələ şəhərsalma planına uyğun ərazilərin seçilməsidir:
“Vətəndaşlar yaşayış məntəqəsi təyinatlı torpaqlara üstünlük verməlidirlər. Bu torpaqlar qanuni şəkildə əldə olunur və çıxarış sənədi olur. Hətta mövcud vəziyyətdə kanalizasiya xətti yoxdursa, qanunvericiliyə uyğun olaraq dövlət vətəndaşları kommunikasiya xətləri ilə təmin etməlidir.
Artıq 2025-ci ilin sonlarında Bakı şəhərində kanalizasiya sistemi olmayan ərazilərdə mini kollektorların tikintisi planlaşdırılıb. Bu isə gələcəkdə həmin ərazilərə kanalizasiya xətlərinin çəkilməsi üçün şərait yaradır. Perspektivdə vətəndaşlar bu məqamları da nəzərə ala bilərlər”.
Əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, daşınmaz əmlak alarkən ilk növbədə çıxarış sənədi yoxlanılmalıdır:
“Subasma halları daha çox çıxarışsız evlərin yerləşdiyi ərazilərdə baş verir. Bunun səbəbi həmin torpaqların yaşayış təyinatlı olmamasıdır. Əkin-biçin və ya kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqlarda kommunikasiya xətləri ya olmur, ya da məhdud olur.Hər hansı əraziyə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin ərazinin təyinatı yaşayış məntəqəsi torpaqları olmalıdır. Eyni zamanda, mövcud evlərə kommunikasiya xətlərinin çəkilməsi üçün onların qanunvericiliyə uyğun çıxarışı olmalıdır”.
Ekspert qeyd edib ki, əvvəllər göl və bataqlıq olan ərazilərdə tikilən evlər daha yüksək risk altındadır:
“Yağış suları təbii olaraq həmin ərazilərə axırdı.Təəssüf ki, zamanla bu göllər qurudulub və onların üzərində fərdi yaşayış evləri tikilib. Bu isə su axınlarının qarşısını alıb və nəticədə sular vətəndaşların mənzillərinə dolur.
Bu baxımdan mənzil alarkən ilk növbədə çıxarışa və yerləşməyə diqqət edilməlidir”.
11:13 / 10 İyun 2026
21
11:06 / 10 İyun 2026
162
11:01 / 10 İyun 2026
33
10:53 / 10 İyun 2026
45
10:50 / 10 İyun 2026
77
10:34 / 10 İyun 2026
75
10:32 / 10 İyun 2026
54
10:30 / 10 İyun 2026
66
10:24 / 10 İyun 2026
84
10:18 / 10 İyun 2026
62
10:16 / 10 İyun 2026
58
10:08 / 10 İyun 2026
667
10:02 / 10 İyun 2026
108
09:58 / 10 İyun 2026
106
09:45 / 10 İyun 2026
60
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
63
09:40 / 10 İyun 2026
202
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
321
00:24 / 10 İyun 2026
395
00:01 / 10 İyun 2026
228
23:52 / 09 İyun 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.