Bağışlanan ev sonradan digər vərəsələr tərəfindən mübahisələndirilə bilərmi?
18 May 2026, 19:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
532
06.04.2026, 19:22
Ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar paytaxt və regionların bəzi hissələrində, eləcə də şimal bögəsində yerləşən bir sıra rayonlarda, bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaratsa da, “Azərişıq" ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirir.
Oxu24.com xəbər verir ki, paytaxt və ətraf kənd, qəsəbələrində intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün gecə-gündüz fasiləsiz gücləndirilmiş iş rejimində çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir.
Həmçinin regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material cəlb edilib. Çaylarda yaranan güclü sel və daşqınlar bir sıra ərazilərdə elektrik dirəklərinin aşması ilə nəticələnib. Aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub. Mürəkkəb dağlıq relyefə malik ərazilərdə qeyri-sabit hava şəraitində nəqliyyatın hərəkətinin çətinliyinə baxmayaraq “Azərişıq” ASC-nin qəza briqadaları digər dövlət qrumlarının əməkdaşları ilə birgə hadisə baş verən ərazilərə operativ şəkildə cəlb olunur. Elektrik enerjisi kəsintisi və qəza hallarının aradan qaldırılması məqsədilə paytaxtda və regionlarda təmir-bərpa işləri davam etdirilir.
Həmçinin oxuyun
20:20 / 18 May 2026
8
20:10 / 18 May 2026
36
20:05 / 18 May 2026
32
19:59 / 18 May 2026
37
19:54 / 18 May 2026
39
19:43 / 18 May 2026
92
19:41 / 18 May 2026
53
19:39 / 18 May 2026
48
19:21 / 18 May 2026
243
19:18 / 18 May 2026
57
19:15 / 18 May 2026
73
19:12 / 18 May 2026
131
19:05 / 18 May 2026
405
18:59 / 18 May 2026
193
18:55 / 18 May 2026
74
18:12 / 18 May 2026
119
18:03 / 18 May 2026
434
18:02 / 18 May 2026
107
18:00 / 18 May 2026
74
17:53 / 18 May 2026
151
17:49 / 18 May 2026
75
17:44 / 18 May 2026
74
17:28 / 18 May 2026
304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.