Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1182
06.04.2026, 20:00
Oxu24.com xəbər verir ki, ötən günlərdə paytaxtın simvollarından biri sayılan Nizami Kino Mərkəzinin binasına qarşı xoşagəlməz hərəkətlər edilib. Bir neçə şəxs gecə saatlarından istifadə edərək, tarixi binanın divarlarına müxtəlif rəngli boyalarla şəkillər çəkib və yazılar yazıblar. Şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanda törədilən bu əməl ciddi narazılığa və müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən memar Cahid Həsənov baş verənlərə və bu cür halların qarşısının alınması yollarına aydınlıq gətirib.
"Bu, maarifləndirmə boşluğudur"
Memar qeyd edib ki, əslində bu halı radikal şəkildə vandalizm adlandırmaq düzgün olmazdı, çünki əsas problem sistemli maarifləndirmənin olmamasındadır:
"Mən buna vandalizm deməzdim. Müxtəlif binalarda, şəhərin mərkəzində, xüsusi ornamentli tarixi binaların fasadında belə bir kütləvi hal müşahidə edilməyib. Lakin bu o demək deyil ki, biz buna göz yummalıyıq. Azərbaycanda açıq məkan reklamına nəzarət edən Dövlət Reklam Agentliyi 10 ildir fəaliyyətdədir. Bu qurum tərəfindən şəhər ərazisində ciddi maarifləndirici işlər görülməlidir. İnsanlara izah olunmalıdır ki, tarixi binaların divarlarına, darvazalara, şüşələrə yazı yazmaq, elan yapışdırmaq qəti qadağandır”.
Cahid Həsənov bildirib ki, qraffiti ilə məşğul olan gəncləri qınamaqla iş bitmir, onlara alternativ məkanlar təklif olunmalıdır:
“Bakının hər rayonunda gənc rəssamlar üçün xüsusi divarlar və zonalar ayrılmalıdır. Çünki bu sənət növü qapalı laboratoriya şəraitində inkişaf edə bilməz. Əgər belə məkanlar olsa, yeniyetmələr gəlib orada keyfiyyətli sosial reklamlar çəkər və öz işlərini dünyaya təqdim edərlər. Tarixi abidələr bərpa olunarkən onların orijinal layihəsinə toxunmaq olmaz. Bu mirası qorumaq üçün şəhərdə hər addımbaşı məlumatlandırıcı lövhələr və sosial çarxlar yayımlanmalıdır”.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı artıq aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır və binanın ilkin görkəminin qaytarılması üçün tədbirlər görülür.
Çimnaz Telmanqızı
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.