Qaynar xətt:

(+99450) 247 90 86

Şagirdlərə  ev tapşırığı verilməsi vacibdirmi? - Ekspertlərlə MÜZAKİRƏ  

Şagirdlərə  ev tapşırığı verilməsi vacibdirmi? - Ekspertlərlə MÜZAKİRƏ  

CƏMİYYƏT

154

06.04.2026, 16:37

İbtidai təhsildə ev tapşırıqlarının çoxluğu ilə bağlı məktəbdənkənar hazırlıqlar mövzusu son illərdə valideynlər və müəllimlər arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Bu məsələ həm uşaqların psixoloji vəziyyətinə, həm də təhsilin keyfiyyətinə birbaşa təsir edir.

Problemin mahiyyəti

İbtidai sinif şagirdlərinə verilən ev tapşırıqlarının həcmi bəzən onların yaş səviyyəsinə uyğun olmur. Nəticədə uşaqlar günün böyük hissəsini dərsə sərf edir,oyun və istirahət vaxtı azalır.Valideynlər əlavə olaraq repetitor və ya hazırlıq kurslarına yönəlir.

Bu isə “ikili yük” yaradır: həm məktəb, həm də əlavə hazırlıq. 

Mövzu ilə bağlı  Oxu24.com-danışan təhsil eksperti  fəlsəfə doktoru,Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki,bütövlükdə ibtidai sinif şagirdləri üçün ev tapşırıqları həm pedaqoji, həm də psixoloji baxımdan çox həssas mövzudur.

"Bu məsələyə peşəkar yanaşmanı bir neçə aspektə verə bilərik.İlk  zaman normatividir.Belə ki, beynəlxalq akademik  mühitdə  Amerika Birləşmiş Ştatlarının Milli Təhsil Assosiasiyası  tərəfindən qəbul edilmiş,ən populyar norma 10 dəqiqə qaydasıdır.

Yəni, 1-ci  sinif  maksimum  şagirdləri üçün 10 dəqiqə, 2- ci sinif  20 dəqiqə ,3- cü və  4- cü sinif şagirdləri üçün 30 -40 dəqiqə norma müəyyənləşdirilir. Azərbaycanda isə ev tapşırıqlarına ayrılan zaman müddəti 1 saat və 1 saat yarım olması tövsiyə olunur.Yəni ev tapşırığına ayrılan vaxt  bu normanı keçməməlidir.",-deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə,norma dedikdə şagirdin fiziki və psixi sağlamlığını qorumaq üçün dövlət tərəfindən müəyyən edilmiş rəsmi standartlara nəzərdə tutulur. Bu normalar uşağın nə qədər yük götürə biləcəyini elmi əsaslarla müəyyən edir. Azərbaycanda bu məsələ Nazirlər Kabinetinin qərarları və müvafiq qaydalarla tənzimlənir. Konkret ev tapşırıqları üçün müəyyən edilmiş vaxt normaları mövcuddur və bu normalar Azərbaycan reallığında bir qədər fərqlidir.

"1- ci sinif üçün rəsmi olaraq ev tapşırığı verilmir. Şagirdin dərsdən sonra tam istirahət etməsi vacib hesab edilir.2 -ci sinifdə ev tapşırıqlarına 30-40 dəqiqə müddət ayrılır. 3 -cü  sinifdə maksimum 1 saat və 4-5 ci siniflərdə 1 saat yarımlıq norma müəyyənləşdirilir.Əslində bu normaların aşınması bir neçə fəsadlara yol aça bilər.

1- ci xroniki yorgunluq.Çünki sinir sisteminin həddindən artıq yüklənməsi xroniki yorğunluğa gətirib çıxara bilər. Eyni zamanda burda hərəkət məhdudiyyətinə yol verməmək çox önəmlidir.Uzun zaman masa arxasında oturmaq şagirdin inkişafda olan sümük əzələ sisteminə mənfi təsir göstərir. 

Digər bir problem görmə qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Çünki, gözlərin uzun müddət yaxın  məsafədən gərgin işləməsi uşaqların görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilir. 

Növbəti bir problem psixoloji təzyiq kimi dəyərləndirilir.Yəni öyrənməyə qarşı marağıın itməsi və məktəb qorxusunun formalaşması.yuxarıda qeyd etdiyimiz normalar sadəcə tövsiyə deyil,uşağın normal bioloji inkişafı üçün qoyulmuş sərhədlərdir.Bu normaların aşınması həm proqramın ağırlığı və eləcə də valideynlərin yüksək akademik gözləntiləri ilə bağlı olur. Amma bu norma alındıqda həm uşaq məktəbdən sıxılır,həm də valideynlər tərəfdən basqıya məruz qalır. 

Biz bir qədər beynalxalq təcrübəyə nəzər salsaq hesab edirəm fikirlərimiz daha geniş formada və həmdə daha geniş çərçivələrdə ifadə edə bilərik.Məsələn, Finlandiya təcrübəsində burada ibtidai sinif şagirdlərinə ev tapşırığı verilmir və ya minimum səviyyədə verilir. Burada hesab olunur ki, uşaq daha çox sosiallaşmalı və tam uşaqlığını yaşamalıdır.

 Ancaq Çin və Sinqapur kimi ölkələrdə bir qədər yanaşma fərqlidir. Burada akademik rəqabət çox böyük olduğu üçün ev tapşırıqlarının həcmi də çox böyükdür.

Məktəbdənkənar hazırlıqların geniş yayılması və repititor xidmətlərinin bu qədər yayılmasının səbəbi də elə məhz burdan qaynaqlanır.Qeyd etmək istəyirəm ki, burada 1 - ci məsələ proqramın ağırlığı və sıxlığıdır. Bəzən dərslərdəki materialın həcmi ayrılan akademik saatlara uyğun gəlmir. Müəllim mövzunu sinifdə tam çatdıra bilmədikdə yük valideynlərin və repititorların üzərinə düşür.

Digər tərəfdən yanaşmanın imtahan mərkəzli sistem formatında olmasıdır.Burda biz qiymətləndirmə təzyiqini biz müşahidə edirik. Valideynlər ibtidai sinifdən gələcəkdəki qəbul imtahanına hazırlamaq instinkti ilə hərəkət edirlər.Bu həm də rəqabətdən geri qalmamaq qorxusundan qaynaqlanır. Mən bir daha dönürəm bir qədər öncə toxunduğum valideynlərin zaman məhdudiyyəti məsələsinə.İşləyən valideynlər uşağın dərsləri ilə məşğul olmağa fiziki olaraq zaman tapmırlar.yaxud bəzi valideynlər ümumilikdə proqramda nəzərdə tutulmuş mövzunu öz övladına izah etmək bilik və bacarıqlara malik deyil.ona görə də repetitor bir qədər akademik dayə funksiyasını yerinə yetirir. Həm də burda növbəti bir problem yaranır. Xüsusilə şagird sıxlığı çox olan məktəblərdə hətta siniflər var ki şagird sayı kifayət qədər çoxdur.və bu da müəllimin hər bir şagirdin qavrama sürətinə uyğunlaşdırılmasını çətinləşdirir. Burada şagirdə fərdi yanaşma ehtiyacı ödənilə bilmir.Fikirlərimizi ümumiləşdirsək, ibtidai sinifdə əsas məqsəd uşağa bilik yükləmək deyil,onda öyrənməyə həvəs yaratmaq və məsuliyyət hissi formalaşdırmaqdır.eləcə də sosiallaşmanı aşılamaqdır. Ancaq biz görürük ki, həddən artıq uşağın  yüklənməsi nəticəsində ,məktəbə və təhsilə qarşı bir fobiya və nifrət yaratmaq kimi aqressiya müşahidə edirik.Mən düşünürəm ki, ümumilikdə məzmun həm sadələşməlidir,uşağın başa düşəcəyi dildə izah verilməlidir,həm də qiymətləndirilmə metodu dəyişməlidir. Bu çox önəmlidir.Jurnalistlər mənə bir neçə dəfə ibtidai sinif dərslikləri ilə bağlı sual veriblər.bu dərsliklərinin məzmunlarının uşağın qavrayacağı dildə olmaması ilə bağlı.bu dərsliklərdə olan materiallar bəzən uşağın umumi intellektual inkişafında heç bir rola malik deyi.ona görə də hesab edirəm ki, həm dərsliklər həm məzmun  kifayət qədər məsuliyyət tələb edən,kifayət qədər elmi yanaşma və xususi bacarıq tələb edən formada ərsəyə gətirilməlidir. Biz sanki bu sistemdə bir nizamsızlıq müşahidə edirik. Azərbaycanda dərsliklərlə bağlı böyük və ciddi problemlər var. Dərsliklərin çapına dövlət böyük miqdarda vəsait sərf edir, bir də görürsən dərslikdə elə materiallar salınıb ki,onlara ehtiyac yoxdur və onların təzədən çap olunması üçün nə qədər dövlət vəsaiti səmərəsiz istifadə edilir. Bu dərslik mövzusuna sonda toxunmağımın səbəbi elə repititorlara olan ehtiyyacı artıran səbəb elə bu məzmunlarla bağlıdır", deyə İlqar Orucov  bildirib.

Bu məsələnin psixoloji tərəfindən ilə bağlı suallarımıza  "CAN" psixoloji bərpa Mərkəzinin rəhbəri, psixoloq Nizami Orucov bildirib ki, İbtidai sinif şagirdləri üçün əsas inkişaf mərhələsi yalnız akademik bilik toplamaq deyil, həm də oyun, sosiallaşma və emosional balansın formalaşmasıdır. Gün ərzində həm məktəb dərsləri, həm də əlavə 2–3 saatlıq hazırlıq məşğələləri uşağın psixikasına artıq yük yarada bilər.

"Bu yaşda uşaq uzun müddət diqqətini sabit saxlamaqda çətinlik çəkir. Davamlı dərs rejimi, onun zehni yorğunluğunu artırır və nəticədə öyrənmə keyfiyyəti əslində aşağı düşə bilər. Yəni çox oxumaq hər zaman daha yaxşı nəticə demək deyil. Əksinə, uşaqda dərsə qarşı maraq azalır, “məcburiyyət” hissi yaranır və bu da motivasiyanın erkən yaşda sönməsinə səbəb ola bilər.

Psixoloji baxımdan belə yüklənmə uşaqlarda gərginlik, tez yorulma, əsəbilik, diqqət dağınıqlığı və hətta məktəbə qarşı mənfi münasibət formalaşdıra bilər. Bəzi uşaqlarda isə bu, özünə inamın azalmasına gətirib çıxarır çünki uşaq daim “çatdırmalıyam” hissi ilə yaşayır.

Unutmaq olmaz ki, ibtidai sinif uşağı üçün oyun və sərbəst vaxt lüks yox, ehtiyacdır. Oyun vasitəsilə uşaq həm emosiyalarını tənzimləyir, həm də öyrəndiklərini daxilləşdirir. Bu imkan məhdudlaşdırıldıqda psixoloji inkişaf balanssız ola bilər.

Valideynlərə tövsiyəm odur ki, uşağın gününü yalnız dərslə doldurmasınlar. Dərs və istirahət arasında balans qorunmalıdır. Əlavə hazırlıq həqiqətən ehtiyac varsa, qısa və effektiv şəkildə təşkil olunmalıdır, uzun və yorucu formatda yox. Əsas məqsəd uşağı yükləmək deyil, öyrənməyə maraq yaratmaq olmalıdır"- deyə  Nizami  Orucov  bildirib.

Oxu24.com -a danışan təhsil eksperti  Elçin Əfəndi bildirib ki, ibtidai sinif şagirdləri üçün yaxşı olarki,gündəlik ev tapşırıqları ümumiyyətlə olmasın.Necə ki, başqa ölkələrdə demək olar ki, ev tapşırıqları məhdudlaşır və ya çox az sayda təyin olunur.

 "Təhsil sistemində dünyada 1- ci yerde olan Finlandiyani nümunə çəkirik. Burada verilmiş ev tapşırıqları sadəcə valideynlərlə keçirilən vaxtın dəyərləndirilməsi  təşkil edir.Amma əsasən verilən ev tapşırıqları məktəbdə həll olunur.

Bizdə  isə ev tapşırıqları kifayət qədər çoxdur və ən azı hər fənn üzrə 3-5 tapşırıqlarının verilməsi daha məntiql  və məqsədəuyğun olardı.Belə olduqda şagirdlər əlavə məktəbdənkənar hazırlara ehtiyac duymazlar. Hal hazırda verilən ev tapşırıqlarına görə ibtidai təhsil pilləsində belə bir xidmət növü yaranıb, evə verilən tapşırıqlarının hazırlanması üçün repititor hazırlığı əsas yer alır. Bu çox acınacaqlı vəziyyətdir ki, şagirdlər bir də hazırlığa yönəlirlər. Bu da bildiyimiz kimi bəzi valideynlər mövcud proqramdan kənardırlar,özləri övladlarına ev tapşırıqlarını izah edə bilmirlər.Fikrimcə ev tapşırıqlarının azaldılması repetitor xidmətlərinə müraciətlərin azalmasına təsir göstərə bilər",- deyə  ekspert  bildirib.

Hazırladı: Aysel