Kişi sonsuzluğun müalicəsi
21 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1846
06.04.2026, 14:42
Xəbər verdiyimiz kimi, Zeynal Bayramlı TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub.
Oxu24.com xəbər verir ki, Zeynal Bayramlının keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun yeznəsi olduğu bildirilir.
Məlumata görə, Z.Bayramlının karyerası məhz Ziya Məmmədov nəqliyyat naziri təyin olunandan sonra yüksəlməyə başlayıb.
Açıq mənbələrdə yayılan iddialara görə, 2005-ci ildə müəmmalı şəkildə diplom əldə edən Bayramlı əvvəlcə Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkim, iki sonra isə Ucar Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. Z.Bayramlı uzun illər Ucar Mərkəzi Xəstəxanasına rəhbərlik edib. Hətta tibb müəssisələrinin TƏBİB-in tabeliyinə keçməsindən sonra belə Z.Bayramlıya toxunulmayıb.
Onun kifayət qədər mənfi reputasiyaya məlik olduğu bildirilir. Baş həkim işlədiyi müddətdə mətbuatda Z.Bayramlının yeyintiyə, korrupsiyaya yol verməsi barədə kifayət qədər materiallar dərc olunub.
Qeyd edilir ki, onun dövründə bütün analizlərə qanunsuz olaraq qiymət müəyyən edilib, hətta 200 manata saxta bülletenlər satdığı da deyilir.
Mətbuatda Zeynal Bayramlının mülklərinin siyahısı dəfələrlə dərc olunub. Onun təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzillərinin olduğu qeyd edilir.
Bakıda Ağ Şəhər ərazisində 550 000 manata ev, Novxanıda 600.000 manata bağ evi aldığı, Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında villalar inşa etdirdiyi yazılır.
Yaşayış evlərindən əlavə Zeynal Bayramlının Bakı şəhərində 18 yerdə ticarət obyekti də var.
Ata yurdu olan Ağsuda özünə açdığı özəl klinikaya Ucar Mərkəzi Xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digər əşyalar yerləşdirib.
Zeynal Bayramlının avtomobil kolleksiyasında 12 ədəd bahalı maşın olduğu da mediada yayılıb.
Axar.az
00:33 / 21 May 2026
1
23:47 / 20 May 2026
39
23:36 / 20 May 2026
34
23:16 / 20 May 2026
173
22:52 / 20 May 2026
147
22:49 / 20 May 2026
55
22:39 / 20 May 2026
65
22:28 / 20 May 2026
61
22:25 / 20 May 2026
53
22:19 / 20 May 2026
60
22:14 / 20 May 2026
153
22:10 / 20 May 2026
205
22:08 / 20 May 2026
247
22:05 / 20 May 2026
59
22:03 / 20 May 2026
78
22:02 / 20 May 2026
66
22:00 / 20 May 2026
60
21:57 / 20 May 2026
58
21:53 / 20 May 2026
70
21:52 / 20 May 2026
553
21:42 / 20 May 2026
249
21:39 / 20 May 2026
60
21:39 / 20 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.