Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur türkiyəli futbolçu Azərbaycandan təklif alıb

news/2026_01_27/tur_1769521987.jpg

İDMAN

81

27.01.2026, 17:59

Məşqçi kimi Azərbaycan klublarından təklif almışdım.

Oxu24.com xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Yıldıray Baştürk deyib. Mütəxəssis vaxtilə ölkəmizin bir neçə klubunun onun xidmətlərindən yararlanmaq istədiyini deyib:

“Hətta danışıqlarmız da olmuşdu. Lakin müəyyən məsələlərdə razılığa gələ bilmədik. Komandaların adını demək düzgün çıxmaz. Amma Azərbaycanda işləməyə hər zaman açıq olmuşam”.

Qeyd edək ki, Yıldıray Baştürk karyerası ərzində Almaniyanın “Boxum”, “Herta”, Bayer” (Leverkuzen), “Ştutqart” və İngiltərənin “Blakbörn” komandalarında çıxış edib.