Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
628
27.01.2026, 18:59
Şərti olaraq azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev 1 illik sınaq müddəti ilə şərti məhkum etmənin əlavə cəzadan tam azad edilməyilə ləğv olunması və məhkumluğun vaxtından əvvəl götürülməsi barədə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hərbi ekspertin şikayətinə baxılaraq qərar qəbul edilib.
Qərara əsasən, Nəsmi Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 illik sınaq müddəti ilə şərti məhkum etmə və ona əlavə olaraq da 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzası dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.
Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ona oxunan hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.//Unikal.az
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.