Tovuzda adam oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb
07 Aprel 2026, 10:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
683
27.01.2026, 18:24
Siyasi mühacirlərə qarşı qiyabi məhkəmə hökmlərinin çıxarılması və onların Azərbaycana qaytarılması məsələsi son günlər ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Xüsusilə, Qabil Məmmədov, Tural Sadıqlı və digər şəxslərlə bağlı verilən qərarlar həm hüquqi müstəvidə, həm də ictimai-siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub. Hökumətin bu şəxslərin ölkəyə gətirilməsi üçün hansı konkret addımları atacağı maraq doğurduğu bir vaxtda, mövzu ilə bağlı siyasətçilər və ekspertlər məsələnin beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini vurğulayırlar.
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, dünya hüquq normaları ilə idarə olunmalıdır, lakin bir çox hallarda bu prinsiplərə əməl edilmir:
“Adlarını çəkdiyiniz şəxslər özlərinin qanunların aliliyinin qorunduğu ölkələrdə yaşadıqlarını deyirlər. Amma biz görürük ki, bir ölkənin ərazisində başqa bir dövlətə qarşı təhqiramiz, rüsvayçı ifadələr işlədilir və həmin ölkənin hüquq-mühafizə orqanları buna göz yumur. Bu halda hansı qanunun aliliyindən danışmaq olar?”
Akif Nağı qeyd edib ki, tənqid hüquqi və normal çərçivədə mümkündür, lakin təhqir yolverilməzdir:
“İstənilən ölkənin rəhbərliyini, məmurlarını tənqid etmək olar. Amma bu tənqid artıq təhqirə çevrilirsə, xüsusilə kobud və alçaldıcı formada aparılırsa, bunun qarşısı alınmalıdır. Dünyanın heç bir yerində təhqir qəbul edilmir.”
Həmçinin oxuyun
Partiya sədri bildirib ki, Azərbaycan tərəfi hüquqi müstəvidə bütün prosedurlara əməl edib:
“Bu şəxslər hüquq-mühafizə orqanlarına və prokurorluğa dəvət olunublar, barələrində cinayət işinin açılması barədə məlumat verilib, məhkəməyə çağırılıblar, lakin gəlməyiblər. Qanunvericiliyə uyğun olaraq prosedurlar icra edilib və nəticədə məhkəmə hökmü çıxarılıb.”
Onun sözlərinə görə, Azərbaycan bu qərarların icrası üçün beynəlxalq hüquq çərçivəsində addımlar atmağı planlaşdırır:
“Dövlətin bu məsələlərlə bağlı müəyyən planları var və həmin şəxslərin Azərbaycanda cəzalarını çəkmələri üçün hüquqi mexanizmlərdən istifadə olunacaq. Sonradan apellyasiya hüquqları da var.”
Akif Nağı vurğulayıb ki, konkret olaraq hansı beynəlxalq hüquqi addımların atılacağı dövlətin səlahiyyətindədir:
“Bu məsələnin hüquqi tərəfi var və beynəlxalq müstəvidə qəbul olunan mexanizmlər çərçivəsində qərarlar veriləcək. Bunu da Azərbaycanın özü müəyyən etməlidir.”
10:20 / 07 Aprel 2026
19
10:16 / 07 Aprel 2026
17
10:08 / 07 Aprel 2026
24
10:06 / 07 Aprel 2026
24
10:04 / 07 Aprel 2026
25
09:59 / 07 Aprel 2026
33
09:52 / 07 Aprel 2026
35
09:51 / 07 Aprel 2026
210
09:49 / 07 Aprel 2026
28
09:47 / 07 Aprel 2026
63
00:58 / 07 Aprel 2026
265
00:32 / 07 Aprel 2026
211
23:58 / 06 Aprel 2026
124
23:36 / 06 Aprel 2026
264
23:18 / 06 Aprel 2026
263
23:00 / 06 Aprel 2026
248
22:44 / 06 Aprel 2026
308
22:31 / 06 Aprel 2026
157
22:16 / 06 Aprel 2026
321
22:07 / 06 Aprel 2026
316
21:52 / 06 Aprel 2026
256
21:33 / 06 Aprel 2026
238
21:26 / 06 Aprel 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.