Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
801
27.01.2026, 19:27
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir.
Oxu24.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni yanaşma çərçivəsində mövcud idarəetmə modelinin optimallaşdırılması məqsədilə 2 bədii rəhbər, 21 baş rejissor və 23 baş rəssam ştat vahidi ləğv edilərək, həmin vəzifələrin funksiyaları ştat cədvəlinə uyğun şəkildə müvafiq vəzifələrin icrasına həvalə edilib.
Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.
Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən 23 teatrda:
2 bədii rəhbər (Azərbaycan Dövlət Milli Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı),
13 baş rejissor (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı),
15 baş rəssam (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı) üzrə müvafiq ştat vahidlərinin funksiyalarının icrası yenilənmiş struktur çərçivəsində digər vəzifələrin icrası zamanı nəzərə alınıb.
Bu dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərinin çevikliyini artırmaq, yaradıcılıq prosesinin səmərəliliyini gücləndirmək və müasir idarəetmə prinsiplərinə uyğun institusional model formalaşdırmaqdır./modern.az
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.