Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
750
27.01.2026, 20:44
Çinin onlayn ticarət platforması “Temu” Türkiyə bazarında mühüm dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, platforma Türkiyədən daxil olan istifadəçilər üçün xarici satıcılara məxsus məhsulların satışını tamamilə dayandırıb. Qərardan sonra Türkiyədən tətbiqə daxil olan alıcılar yalnız yerli satıcıların təklif etdiyi məhsulları görə bilirlər.
Məlumata görə, “Temu”da əvvəllər mövcud olan xarici satıcılara aid məhsullar türk istifadəçilər üçün gizlədilib. Bununla da Türkiyəyə birbaşa xaricdən məhsul göndərişi faktiki olaraq dayandırılıb.
Xatırladaq ki, yanvarın 7-dən etibarən xaricdən poçt və ya kuryer vasitəsilə edilən alış-verişlərdə tətbiq olunan 30 avroluq vergi güzəşti ləğv edilib. Bu qərarla internet üzərindən gömrüksüz xarici alış-veriş faktiki olaraq sona çatıb.
Qeyd olunan tənzimləmələr xüsusilə xarici mərkəzli e-ticarət platformalarının Türkiyədəki fəaliyyətinə ciddi təsir göstərib. Dəyişikliklərdən qısa müddət sonra, yanvarın 21-də Türkiyənin Rəqabət Qurumu “Temu”nun ölkədəki ofisində yoxlama aparıb. Yoxlama zamanı bəzi rəqəmsal materialların götürüldüyü bildirilir.
Çimnaz Ağayeva
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.