Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
645
27.01.2026, 19:18
Çinin regionda investisiya fəallığı yeni və diqqətçəkən layihələrlə genişlənməkdə davam edir. Son nümunə Özbəkistandan gəlib. Çinin "Huanrong Paper" şirkəti Səmərqənd bölgəsində dəyəri təxminən 500 milyon dollar olan kağız fabriki tikməyi planlaşdırır. Layihə Orta Asiya üçün strateji əhəmiyyət daşıyır.
Müəssisə fəaliyyətə başladıqdan sonra investorlar 3000 nəfər üçün iş yeri yaradacaq və ölkə büdcəsinə illik 50–60 milyon dollar vergi gəliri gətirəcək. Şirkət nümayəndələri layihənin Orta Asiyada bu sahədə ilk iri miqyaslı istehsal mərkəzi olacağını vurğulayıblar.
Mövzu ilə bağlı Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında xüsusi yer tutur və hazırda ölkəmizin idxal üzrə ən böyük tərəfdaşıdır:
“Ticarət dövriyyəsinin həcminə görə isə Çin ilk beşlikdə qərarlaşır. Bu fakt iki ölkə arasında formalaşan strateji münasibətlərin iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini açıq şəkildə göstərir”.
Deputat xatırladıb ki, Çin Mərkəzi Asiya ölkələrinə, o cümlədən Özbəkistana iri həcmli investisiyalar yatırır və bu, regionda iqtisadi aktivliyin artmasına səbəb olur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinə səfəri zamanı əldə olunan razılaşmalar da məhz bu strateji xəttin davamıdır.
Vüqar Bayramov bildirib ki, səfər çərçivəsində xüsusilə yaşıl və alternativ enerji, eləcə də qeyri-neft sektorunun müxtəlif sahələrində sərmayələrin artırılması ilə bağlı mühüm anlaşmalar imzalanıb. Bu razılaşmalar Çin investisiyalarının Azərbaycana cəlb olunmasının artıq sistemli və ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Deputat əlavə edib ki, “China Power” şirkətinin investorlar sırasında yer alması Çin–Azərbaycan münasibətlərinin yalnız ticarət müstəvisində deyil, birbaşa investisiya əməkdaşlığı səviyyəsində də inkişaf etdiyini təsdiqləyir.
“Çin informasiya texnologiyaları, yaşıl enerji və aqrar sahədə yüksək texnoloji üstünlüklərə malik ölkələrdəndir. Bu potensialdan istifadə edilməsi və Çin investisiyalarının Azərbaycana cəlb olunması artıq zərurətə çevrilib”.
Onun fikrincə, mövcud dinamika yaxın illərdə Çin–Azərbaycan münasibətlərinin təkcə ticarət dövriyyəsinin artımı ilə deyil, eyni zamanda investisiya qoyuluşlarının genişlənməsi ilə də müşayiət olunacağını göstərir. Bu isə Çindən Azərbaycana daha çox sərmayənin cəlb edilməsi üçün real imkanlar yaradır.
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.