Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" "Ayntraxt"a son dəqiqədə qələbə qolunu vurdu - Canlı

news/2025_11_05/qarabag_celsi_1762371839.jpg

İDMAN

74

21.01.2026, 23:59

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyunun start heyətləri müəyyənləşib.

 

Oxu24.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya komandalar aşağıdakı tərkibdə çıxacaq:

 

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

 

"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

***

Matçın 4-cü dəqiqəsində "Qarabağ" Duranın qolu ilə hesabı açdı: 1-0.

***

Can Uzun görüşün 10-cu dəqiqəsində hesabda tarazlıq yaratdı: 1-1.

***

Matçın 78-ci dəqiqəsində "Ayntraxt" penalti zərbəsi ilə hesabda önə keçdi: 1-2.

***

Duran 79-cu dəqiqədə matçda yenidən tarazlıq yaratdı: 2-2.