12 mayda bizi nələ gözləyir? — ULDUZ FALI
11 May 2026, 14:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
802
21.01.2026, 21:45
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.
Oxu24.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir:
"Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır. Bildiririk ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir".
Qeyd edilib ki, davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək:
"Bununla yanaşı bildiririk ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır. Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir".
14:52 / 11 May 2026
10
14:47 / 11 May 2026
28
14:45 / 11 May 2026
31
14:43 / 11 May 2026
30
14:23 / 11 May 2026
522
14:11 / 11 May 2026
138
14:08 / 11 May 2026
57
13:42 / 11 May 2026
54
13:30 / 11 May 2026
73
13:25 / 11 May 2026
147
13:14 / 11 May 2026
52
12:50 / 11 May 2026
507
12:46 / 11 May 2026
55
12:37 / 11 May 2026
55
12:36 / 11 May 2026
59
12:18 / 11 May 2026
90
12:11 / 11 May 2026
10125
12:07 / 11 May 2026
70
12:01 / 11 May 2026
131
11:53 / 11 May 2026
61
11:43 / 11 May 2026
2745
11:18 / 11 May 2026
66
11:07 / 11 May 2026
323
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.