İşləyən şəxslərə VACİB XƏBƏR: Məzuniyyət belə veriləcək
04 Oktyabr 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
279
14.08.2026, 17:15
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində cəza sisteminin müəyyən olunması və şəxslərin törətdiyi əmələ görə məsuliyyətə cəlb edilməsi dəqiq normativ hüquqi aktlarla tənzimlənir. Ölkəmizdə tətbiq edilən ən ağır cəza tədbirlərindən biri ömürlük azadlıqdan məhrumetmə cəzası hesab olunur. Lakin milli qanunvericilikdə humanizm, ədalətlilik prinsipləri və təqsirkar şəxslərin fizioloji, yaş və cinsi xüsusiyyətləri rəhbər tutularaq, bu ağır cəza növünün tətbiq sahəsi ciddi şəkildə məhdudlaşdırılmışdır.
Məhkəmə təcrübəsində və hüquq sistemində xüsusilə ağır cinayətlərə görə nəzərdə tutulan bu sanksiyanın kimlərə tətbiq edilib-edilməməsi cəmiyyət tərəfindən hər zaman böyük maraqla qarşılanır. Qanunvericiliyin tələbinə əsasən, ömürlük cəza yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə şəxsiyyət, ictimai təhlükəsizlik və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayət əməllərinə görə təyin edilə bilər. Bununla belə, qanunverici müəyyən kateqoriyadan olan şəxslərin bu cəza növlündən tam azad olunmasını birbaşa normada təsbit etmişdir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Sakit Novruzov bu istisnaların hüquqi əsaslarını belə şərh edib:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə cəzası qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış şəxslərə, habelə barəsində hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir”.
Vəkilin sözlərinə görə, bu norma dövlətin cəza siyasətində humanizm prinsipini prioritet tutduğunu bir daha göstərir:
"Qanunvericilik yetkinlik yaşına çatmayanların islah olunma imkanlarını, qadınların sosial və analıq funksiyalarını, eləcə də ahıl yaşda olan kişilərin fiziki vəziyyətini nəzərə alaraq belə bir məhdudiyyət müəyyən etmişdir. Hətta bu şəxslər xüsusilə ağır cinayətlər törətmiş olsalar belə, onlara yalnız müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər”.
Çimnaz Telmanqızı
21:07 / 04 Oktyabr 2026
54
20:53 / 04 Oktyabr 2026
60
20:43 / 04 Oktyabr 2026
54
20:21 / 04 Oktyabr 2026
54
20:06 / 04 Oktyabr 2026
92
19:55 / 04 Oktyabr 2026
65
19:44 / 04 Oktyabr 2026
200
19:23 / 04 Oktyabr 2026
68
19:16 / 04 Oktyabr 2026
112
19:09 / 04 Oktyabr 2026
108
18:44 / 04 Oktyabr 2026
95
18:34 / 04 Oktyabr 2026
75
17:50 / 04 Oktyabr 2026
100
17:45 / 04 Oktyabr 2026
92
17:35 / 04 Oktyabr 2026
98
17:30 / 04 Oktyabr 2026
614
17:23 / 04 Oktyabr 2026
530
17:20 / 04 Oktyabr 2026
67
16:58 / 04 Oktyabr 2026
3312
16:56 / 04 Oktyabr 2026
451
16:55 / 04 Oktyabr 2026
305
16:53 / 04 Oktyabr 2026
692
16:51 / 04 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.