Siyasi qərarların qəbulunda ictimai rəyin rolu - Hüquqşünas Ellada Bayramovanın ŞƏRHİ
20 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1556
02.11.2026, 19:27
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci, 100.3-cü və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7-ci, 142.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L. Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəllənin 92.4.8 və 100-cü maddələrinin tələbləri, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs” müddəası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş əsaslarla, mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətinin olmaması təsdiq edilmiş şəxsi nəzərdə tutur və belə qətnamə (şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət qabiliyyətli hesab edildiyi hal istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən şəxsə, habelə mülki cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.
Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:
- Cinayət-Prosessual Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin və mülki cavabdehin məhkəmə qaydasında cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin və cinayət-prosessual fəaliyyət qabiliyyətinin bərpasının prosessual qaydalarının qanunvericiliklə müəyyənləşdirilməsi;
- fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verməyən sağlamlıq vəziyyətilə bağlı pozuntulara görə cinayət-prosessual hüquqlarını və vəzifələrini müstəqil həyata keçirə bilməyən zərərçəkmiş şəxslərin cinayət prosesində səmərəli iştirakını təmin edən müvafiq dəstək mexanizmlərinin cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
00:24 / 23 Noyabr 2026
136
00:11 / 23 Noyabr 2026
155
23:56 / 22 Noyabr 2026
131
23:43 / 22 Noyabr 2026
479
23:28 / 22 Noyabr 2026
464
23:26 / 22 Noyabr 2026
144
22:59 / 22 Noyabr 2026
501
22:36 / 22 Noyabr 2026
166
22:08 / 22 Noyabr 2026
1085
21:14 / 22 Noyabr 2026
181
21:06 / 22 Noyabr 2026
196
20:56 / 22 Noyabr 2026
1639
20:30 / 22 Noyabr 2026
559
19:33 / 22 Noyabr 2026
1136
19:20 / 22 Noyabr 2026
178
19:05 / 22 Noyabr 2026
1456
18:54 / 22 Noyabr 2026
163
18:49 / 22 Noyabr 2026
202
18:21 / 22 Noyabr 2026
501
18:16 / 22 Noyabr 2026
239
18:02 / 22 Noyabr 2026
196
17:59 / 22 Noyabr 2026
186
16:38 / 22 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.