Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
706
21.03.2026, 21:57
Qadına onun razılığı olmadan süni mayalanma və ya embrionun implantasiya edilməsi, eləcə də şəxsin razılığı olmadan tibbi sterilizasiya aparılması cinayət məsuliyyəti yaradır.
Bu barədə Oxu24.com-a açıqlamasında vəkil Esmira Rzayeva bildirib.
Onun sözlərinə görə, bu kimi hallar qadının və ya şəxsin nəsilartırma hüququnun kobud şəkildə pozulması hesab olunur və qanunvericilikdə buna görə ciddi cəzalar nəzərdə tutulur.
Vəkil qeyd edib ki, qadına onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionun implantasiya edilməsi, həmçinin şəxsin razılığı olmadan tibbi sterilizasiya aparılması nəticəsində ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurularsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər.
“Belə hallarda təqsirli şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”, – deyə Esmira Rzayeva vurğulayıb.
O əlavə edib ki, qüvvədə olan qanunvericiliyə əsasən, hazırda bu əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkilin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan bu cəzalar insanların reproduktiv hüquqlarının qorunmasına və tibbi müdaxilələrin yalnız şəxsin razılığı əsasında həyata keçirilməsinə xidmət edir.
Jalə
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.