Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
910
18.03.2026, 12:29
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə – hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyəti yaradır.
Vəkil Esmira Rzayeva Oxu24.com -a bildirir ki, bu cinayət əməli təqsirkarın zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə və ya onun sağlamlığına ağır zərər vurmağa yönəlmiş açıq niyyətini ifadə edən hədələmə formasında özünü göstərir.
Onun sözlərinə görə, hədə müxtəlif üsullarla – şifahi, yazılı, telefon vasitəsilə və ya digər yollarla edilə bilər. Bu hədə birbaşa zərərçəkmişə və ya təqsirkarın fikrincə, məlumatı ona çatdıracaq digər şəxslərə də ünvanlana bilər.
Vəkil qeyd edir ki, hədənin icra ediləcəyi üçün real əsasların olub-olmaması bir sıra hallarla müəyyən edilir. Buraya hədənin məzmunu, ifadə forması və intensivliyi, hədələmənin baş verdiyi şərait, hədələyənin silah və ya digər vasitələrə malik olub-olmaması, həmçinin onun şəxsiyyətini xarakterizə edən xüsusiyyətlər daxildir. Həmçinin hədələyən şəxsin sərxoş vəziyyətdə olması, ictimai qaydanı tez-tez pozması, əvvəllər məhkum olunması, psixi qeyri-sabitliyi və tərəflər arasında əvvəlki münasibətlər də nəzərə alınır.
Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən isə bu əmələ görə cinayət məsuliyyəti 16 yaşına çatmış şəxslər üçün nəzərdə tutulur.
E.Rzayeva vurğulayıb ki, “öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” formal tərkibli cinayətlərə aid edilir.
Bu əməli törədən şəxslər min manatdan iki min manatadək cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Nigar
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.