Bələdiyyələrin məcburi səlahiyyətləri hansılardır? -SİYAHI
03 Fevral 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1052
10.11.2025, 23:07
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu hüquq mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin hüquqları ilə bağlıdır.
Vətəndaşın polis bölməsində davranış qaydaları və hüquqi müdafiə mexanizmləri barədə hüquqşünas Ellada Bayramova Oxu24.com-un suallarını cavablandırıb.
Hüquqşünasın sözlərinə görə,Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi hər kəsin şəxsi azadlıq və toxunulmazlıq hüququnu təsbit edir. Bu maddəyə görə, heç kəs qanunla müəyyən edilmiş hallar istisna olmaqla azadlıqdan məhrum edilə bilməz. Saxlanılma – məhz bu azadlığın müvəqqəti məhdudlaşdırılmasıdır və yalnız qanuni əsaslarla mümkündür.
Saxlanılmanın hüquqi əsası
Polis əməkdaşının bir şəxsi saxlaya bilməsi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147 və 148-ci maddələrində konkret hallar müəyyən edilib:
Şəxs cinayət törətməkdə şübhəli bilindiyi halda;
Cinayət törədərkən yaxalanıbsa və ya dərhal sonra tutulubsa;
Hadisə yerində və ya şahidlərin ifadəsinə əsasən onun cinayət törətdiyi aşkar idisə;
Şəxsin şəxsiyyəti müəyyən edilmədikdə və ya istintaqdan gizlənmək ehtimalı varsa.
Hər bir qanunsuz saxlanılma Konstitusiyanın 63-cü maddəsinə (Günahsızlıq prezumpsiyası) və Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə (Azadlıq hüququ) ziddir.
İlk dəqiqədən bilinməli olan hüquqlar:
Saxlanılan şəxs (vəkilsiz olsa belə) ilk andan aşağıdakı hüquqlara malikdir: Hüquq – məlumatlandırılmaq
CPM-in 90.3.1 maddəsinə əsasən, şəxs saxlanıldığı andan ona qarşı irəli sürülən şübhənin səbəbləri və hüquqları barədə aydın və anlaşıqlı şəkildə məlumat verilməlidir. Bu məlumat yazılı və ya şifahi formada təqdim olunmalı, şəxs onu başa düşmədikdə tərcüməçi təmin edilməlidir.
Hüquq – susmaq və öz əleyhinə ifadə verməmək
Bu, Konstitusiyanın 66-cı maddəsi və CPM-in 19.1 maddəsi ilə təsbit olunmuş “özünüifadə azadlığı və özünə qarşı ifadə verməmək” prinsipidir. Şəxs istənilən anda ifadə verməkdən imtina edə bilər. “İmtina” protokola daxil edilməlidir və bu, onun hüququnun həyata keçirilməsi sayılır, yox ki, “etirafdan imtina”.
CPM-in 91.3.3 maddəsinə görə, saxlanılan şəxs dərhal ailə üzvünə, vəkilə və ya istədiyi digər şəxsə saxlanılması barədə məlumat verilməsini tələb edə bilər. Polis bu hüququ gecikdirməməlidir – “sonra zəng edərsən” ifadəsi qanunsuzdur.
Hazırladı: Miri Məcidli
23:29 / 04 Fevral 2026
1
22:51 / 04 Fevral 2026
145
22:47 / 04 Fevral 2026
46
22:43 / 04 Fevral 2026
41
22:34 / 04 Fevral 2026
51
22:31 / 04 Fevral 2026
31
22:09 / 04 Fevral 2026
529
21:59 / 04 Fevral 2026
51
21:51 / 04 Fevral 2026
42
21:15 / 04 Fevral 2026
569
21:06 / 04 Fevral 2026
47
21:03 / 04 Fevral 2026
123
20:53 / 04 Fevral 2026
56
20:48 / 04 Fevral 2026
316
20:46 / 04 Fevral 2026
78
20:31 / 04 Fevral 2026
390
20:27 / 04 Fevral 2026
57
20:24 / 04 Fevral 2026
147
20:18 / 04 Fevral 2026
130
20:16 / 04 Fevral 2026
88
20:08 / 04 Fevral 2026
94
20:06 / 04 Fevral 2026
523
19:56 / 04 Fevral 2026
647
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.