1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
842
22.05.2026, 22:52
Mayın 21-də "Şəhid Analarına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi qrand müsabiqəsində qalib olduğu "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində Yasamal rayon Mərkəzi Kitabxanasında növbəti tədbiri keçirilib.
"Şəhid Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli qonaqları salamlamış, layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək, şəhid ailələrini bir araya gətirməklə onların qarşılıqlı tanışlığı və ünsiyyətini təşkil etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaq olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını,cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin anası Güllübəyin Mirzəyeva, pilot Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova, Mirzə Novruzovun anası Rüxsarə Novruzova, İsmayıl Qasımovun anası Mahirə Nəzərli, Tural Dadaşovun anası Kəmalə Dadaşova, Həmidli Mikayılın anası Lalə Həmidova, Nurzadə Rövşənin xanımı Təranə Nurzadə çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Yasamal rayon Mərkəzi Kitabxanasının direktoru Arzu Xudaverdiyeva və kitabxananın əməkdaşlarına xüsusi təşəkkürlərini bildiriblər. Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib.




00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.