Vəfat etmiş şəxsin torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – AÇIQLAMA
11 Noyabr 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
894
20.05.2026, 21:23
Cəmiyyətdə insanlar arasında ən çox rast gəlinən hüquq pozuntularından biri də kiminsə barəsində yalan məlumat yaymaq, onu nüfuzdan salmağa çalışmaq və ya ictimaiyyət qarşısında gözdən salmaqdır. Bir çox hallarda insanlar sosial şəbəkələrdə, mediada və ya müxtəlif platformalarda emosional şəkildə paylaşım edir, qarşı tərəfi ittiham edir. Lakin qanunvericilikdə bu əməllərə görə ciddi məsuliyyət nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bilərəkdən yalan məlumat yaymaq və həmin məlumatlarla şəxsin şərəf və ləyaqətini ləkələmək “böhtan” hesab olunur və cinayət məsuliyyəti yaradır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, yaxud onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, mediada, internet informasiya resurslarında və ya kütləvi nümayiş etdirilən digər vasitələrlə yayılması cinayət əməli sayılır.
Qanunvericiliyə görə, belə hallarda təqsirli şəxs 1000 manatdan 1500 manatadək cərimə oluna bilər. Bununla yanaşı, 240 saatdan 480 saata qədər ictimai işlər, bir ilədək islah işləri və ya müəyyən hallarda azadlıqdan məhrumetmə cəzası da tətbiq edilə bilər.
Mütəxəssislər bildirirlər ki, xüsusilə sosial şəbəkələrdə anonim və ya saxta hesablarla insanların ünvanına böhtan xarakterli paylaşımlar etmək son illər daha çox yayılıb. Lakin internet üzərindən yayılan məlumatlar da hüquqi məsuliyyət yaradır və hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilir.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edir ki, hər hansı şəxs haqqında paylaşım etməzdən əvvəl məlumatın doğruluğunu yoxlasınlar və emosional davranışlardan çəkinməyə çalışsınlar. Çünki bir paylaşım və ya əsassız ittiham sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.
Jalə
16:07 / 11 Noyabr 2026
32
16:04 / 11 Noyabr 2026
45
16:01 / 11 Noyabr 2026
46
16:00 / 11 Noyabr 2026
35
15:50 / 11 Noyabr 2026
53
15:50 / 11 Noyabr 2026
52
15:40 / 11 Noyabr 2026
51
15:31 / 11 Noyabr 2026
213
15:27 / 11 Noyabr 2026
405
15:13 / 11 Noyabr 2026
98
15:07 / 11 Noyabr 2026
131
14:51 / 11 Noyabr 2026
107
14:43 / 11 Noyabr 2026
165
14:39 / 11 Noyabr 2026
165
14:36 / 11 Noyabr 2026
101
14:26 / 11 Noyabr 2026
260
14:13 / 11 Noyabr 2026
761
13:58 / 11 Noyabr 2026
286
13:54 / 11 Noyabr 2026
557
13:48 / 11 Noyabr 2026
156
13:44 / 11 Noyabr 2026
225
13:41 / 11 Noyabr 2026
116
13:33 / 11 Noyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.