SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
680
22.05.2026, 22:56
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bikarbonat ionu, xloridlər və sulfatların həddindən artıq səviyyəsi aşkar edildiyi üçün Ermənistandan “Cermuk” mineral sularının idxalını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib.
Oxu24.com Oxu.Az-a istinadla xəbər verir ki, agentliyin rəhbəri Sergey Dankvert bunu “Rossiya 24” kanalında açıqlayıb.
Məlumata görə, məhsulların müalicəvi xüsusiyyətləri barədə yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər. Qeyd olunur ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun gəlmir.
Bundan başqa, “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəz təchizatı ilə bağlı problemlər barədə məlumat verib.
Qeyd olunub ki, Rusiya müfəttişləri artıq yerindədir və istixanaları yoxlamağa davam edirlər. Qurum yoxlama başa çatdıqdan sonra əlavə qərarlar qəbul edəcək.
Xatırladaq ki ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Bu tədbirlər yoxlamalar başa çatana və nəticələr təhlil edilənə qədər qüvvədə qalacaq. Agentlik qərarı bazarı karantin məhsullarından qorumaq üçün zəruri hesab edib.
Statistikaya görə, Ermənistanın gül məhsulların 90%-dən çoxu Rusiyaya ixrac olunur. Keçən il Ermənistanın Rusiyaya gül ixracının həcmi təxminən 46 milyon dollar olaraq qiymətləndirilib.
14:51 / 11 Noyabr 2026
1
14:43 / 11 Noyabr 2026
39
14:39 / 11 Noyabr 2026
38
14:36 / 11 Noyabr 2026
41
14:26 / 11 Noyabr 2026
125
14:13 / 11 Noyabr 2026
243
13:58 / 11 Noyabr 2026
171
13:54 / 11 Noyabr 2026
436
13:48 / 11 Noyabr 2026
116
13:44 / 11 Noyabr 2026
159
13:41 / 11 Noyabr 2026
88
13:33 / 11 Noyabr 2026
221
13:27 / 11 Noyabr 2026
141
13:19 / 11 Noyabr 2026
88
13:13 / 11 Noyabr 2026
99
12:57 / 11 Noyabr 2026
157
12:54 / 11 Noyabr 2026
157
12:48 / 11 Noyabr 2026
118
12:44 / 11 Noyabr 2026
175
12:35 / 11 Noyabr 2026
302
12:32 / 11 Noyabr 2026
124
12:29 / 11 Noyabr 2026
103
12:24 / 11 Noyabr 2026
854
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.