Bu simptomları görsəniz, vaxt itirməyin! - HƏKİM XƏBƏRDARLIĞI
07 İyul 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
665
22.05.2026, 23:30
Müasir dövrdə şəkərli diabet ən geniş yayılan xəstəliklərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin yaranmasında təkcə qidalanma və irsi faktorlar deyil, psixoloji vəziyyət və gündəlik stres də mühüm rol oynayır.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən endokrinoloq Hidayət Məmmədzadə bildirib ki, klinik praktikada şəkərli diabetdən əziyyət çəkən bir çox pasiyent xəstəliyin başlanğıcını ağır stres, qorxu və psixoloji gərginlik dövrü ilə əlaqələndirir.
Həkimin sözlərinə görə, stres birbaşa şəkərli diabet yaratmasa da, xəstəliyin yaranma prosesini sürətləndirə və gizli gedən diabet riskini üzə çıxara bilər:
“Şəkərli diabet multifaktorial, yəni bir çox səbəblərlə bağlı yaranan xəstəlikdir. Burada genetik meyl, qidalanma, artıq çəki, hərəkətsizlik kimi faktorlarla yanaşı, stres də çox ciddi rol oynayır. Xüsusilə uzunmüddətli xroniki stres orqanizmdə hormonal balansı pozaraq diabet riskini artırır”.
Endokrinoloq qeyd edib ki, qorxu və stres zamanı orqanizmdə adrenalin, kortizol və böyümə hormonu kimi stres hormonlarının səviyyəsi yüksəlir. Bu hormonlar isə insulin müqavimətini artıraraq qanda şəkərin yüksəlməsinə səbəb olur:
“Orqanizm stres vəziyyətində özünü təhlükəyə qarşı hazırlayır. Bu zaman qanda şəkərin səviyyəsi yüksəlir ki, bədən enerji ehtiyatı toplasın. Əgər bu hal qısa müddətli olarsa problem yaratmaya bilər. Amma xroniki stres vəziyyəti uzun müddət davam etdikdə insulin müqaviməti formalaşır və nəticədə diabetə gedən yol qısalır”.
Hidayət Məmmədzadə vurğulayıb ki, şəkərli diabetin müalicəsində yalnız dərman, pəhriz və idman kifayət etmir. Psixoloji rahatlıq da müalicənin əsas hissələrindən biridir.
Onun sözlərinə görə, pasiyentlərin gündəlik həyat tərzində sakitlik, pozitiv emosiyalar və sosial münasibətlər mühüm rol oynayır:
“İnsan daim qorxu, gərginlik və neqativ informasiya içində yaşayanda bu, hormonal sistemə ciddi təsir edir. Son illərdə xüsusilə sosial media, neqativ xəbərlər, bəzi şou proqramlar insanların psixologiyasını daha da yorur. Bu da həm stres hormonlarını artırır, həm də ümumi sağlamlığa mənfi təsir göstərir”.
Həkim bildirib ki, şəkərli diabet riski olan şəxslər mümkün qədər açıq havada vaxt keçirməli, gündəlik gəzintilər etməli və sevdikləri fəaliyyətlərlə məşğul olmalıdırlar:
“Hobbilərlə məşğul olmaq, dostlarla görüşmək, ailə ilə vaxt keçirmək, təbiətdə gəzmək insanın psixoloji vəziyyətini yaxşılaşdırır. Bunlar sadə görünə bilər, amma hormonal balans üçün çox önəmlidir”.
Endokrinoloq qeyd edib ki, yuxusuzluq və qeyri-sağlam həyat tərzi də stres hormonlarını artıran əsas səbəblərdəndir:
“Az yatmaq özü də ciddi stres faktorudur. Gec yatmaq, davamlı yorğunluq, hərəkətsizlik və düzgün qidalanmamaq diabet riskini daha da artırır. Buna görə sağlam həyat tərzi kompleks şəkildə qorunmalıdır”.
Hidayət Məmmədzadə sonda vurğulayıb ki, şəkərli diabetin qarşısının alınmasında emosional balansın qorunması xüsusi əhəmiyyət daşıyır:
“İnsan nə qədər stresdən uzaq, sakit və balanslı həyat yaşayarsa, diabet riski də bir o qədər azalır. Sağlam qidalanma, fiziki aktivlik və psixoloji rahatlıq birlikdə qorunduqda həm diabetin qarşısını almaq, həm də xəstəliyi nəzarətdə saxlamaq mümkündür”.

Nigar
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.