Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi...
25 May 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
848
08.10.2025, 10:52
Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.
Bu barədə Oxu24.com-a məhkəmədən məlumat verilib.
Bildirilib ki, iclasda Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibləri barədə plenum qərarlarında dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
İclasda həmçinin "Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında" Ali Məhkəmə Plenumunun Qərar layihəsi ilkin müzakirəyə çıxarılıb.
Eyni zamanda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Sonra 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Bakı İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri və ədalət mühakiməsinin həyata keçirilməsi haqqında məlumatlar dinlənilib.
İclasda "Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli qərarında dəyişiklik edilməsi barədə məsələyə, həmçinin konkret işlərə baxılıb.
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.