Bərbərlərdən nə qədər vergi tutulacaq?
27 May 2026, 17:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
880
19.09.2025, 11:32
Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan hərbi, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunması, birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə birinci vitse-prezident Mehriban Əliyevanın da yaxından iştirakilə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Bundan sonra Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə yol verilmiş nöqsanlar müzakirə edilib.
Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanlarında görülən işlər barədə çıxış edərək, Baş prokurorluğun muxtar respublika prokurorluğuna daima diqqət və qayğısı, eləcə də digər-hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət barədə ətraflı məruzə ilə çıxış edib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Daha sonra Baş Prokuror Naxçıvan Muxtar Respublikası prokurorluğunun və Naxçıvan hərbi prokurorluğunun bir qrup əməkdaşını xidmətdə fərqləndiklərinə görə prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində təltif edib.
13:41 / 28 May 2026
18
13:36 / 28 May 2026
12
13:29 / 28 May 2026
43
13:23 / 28 May 2026
53
13:13 / 28 May 2026
222
12:59 / 28 May 2026
63
12:58 / 28 May 2026
530
12:53 / 28 May 2026
71
12:48 / 28 May 2026
57
12:37 / 28 May 2026
171
12:29 / 28 May 2026
100
12:28 / 28 May 2026
74
12:16 / 28 May 2026
86
12:12 / 28 May 2026
76
11:57 / 28 May 2026
222
11:53 / 28 May 2026
525
11:43 / 28 May 2026
86
11:29 / 28 May 2026
85
11:27 / 28 May 2026
204
11:23 / 28 May 2026
63
11:11 / 28 May 2026
72
11:03 / 28 May 2026
144
11:02 / 28 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.