Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Azərbaycana yeni helikopter satıb -Ilk dəfə üzə çıxdı +FOTO

2018-06/1529403127_14-08-29-bell412-e1529402071621.png

HƏRBİ

4463

19.06.2018, 14:11

\"\" Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parada Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş “Bell-412” helikopterləri də ilk dəfə cəlb olunub.
“AzeriDefence”nin məlumatına görə, HHQ-nin aviasiya vasitələrinin paytaxt səmasında keçirilən uçuşlarında Amerika istehsalı olan “Bell-412” helikopterləri ilk dəfə görüntülənib.
Uçuş edən 50-dək helikopterin arasında 4 ədəd “Bell-412” helikopteri yer alıb.
Qeyd edək ki, bu hərbi paradlarda nümyiş olunan ilk qeyri-sovet/rus helikopteridir.
Paradda “Bell-412” helikopterləri ilə yanaşı Mi-24, Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat və dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş Ka-27 helikopterləri də uçuş edir.