Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
12 Oktyabr 2026, 17:24
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
547
04.08.2026, 12:40
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş qabiliyyətinin və idarəetmə imkanlarının artırılması istiqamətində növbəti mühüm addım atılıb. Türkiyənin müdafiə sənayesi nəhənglərindən olan "HAVELSAN" şirkəti Azərbaycan HHQ-yə yeni komanda-idarəetmə proqramını (HvBS) təhvil verib. Müasir texnoloji standartlara cavab verən bu proqram təminatı Azərbaycan və Türkiyə hərbi hava qüvvələri arasında uzlaşmanın daha da dərinləşməsinə xidmət edir. Yeni sistemin tətbiqi hava əməliyyatlarının real vaxt rejimində planlaşdırılması və mərkəzləşdirilmiş qaydada idarə olunmasında mühüm rol oynayacaq. Sistem, həmçinin Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin inteqrasiyasını və məlumat mübadiləsini maksimum təhlükəsiz səviyyəyə qaldırır. Qardaş ölkənin təqdim etdiyi bu texnoloji yeniliyin ordumuzun döyüş hazırlığına verəcəyi töhfələr isə hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri son dövrlərdə tam əlaqəli şəkildə fəaliyyət göstərir və bu proqramın inventara daxil edilməsi strateji zərurətdir:
"Türkiyənin 'HAVELSAN' şirkətinin hazırladığı komanda-idarəetmə proqramının Azərbaycan HHQ-nin inventarına daxil edilməsi birgə əməliyyat imkanlarımızı yeni mərhələyə daşıyır”.
Ekspertin sözlərinə görə, əməliyyat mərkəzlərində 24 saatlıq fasiləsiz rejimdə xidmət aparan şəxsi heyət üçün bu sistem tapşırıq və məlumatların real vaxt rejimində idarə olunmasını təmin edəcək:
“Kritik vəziyyət yaranarkən vahid mərkəzdən həm hədəflərin izlənilməsi, həm də operativ qərarların qəbul edilməsi məhz bu proqram vasitəsilə həyata keçiriləcək”.
Ü.Cəfərov qeyd edib ki, yeni proqram təminatı Azərbaycan HHQ və HHM sistemlərinə tərəflərin bir-biri ilə təhlükəsiz məlumat mübadiləsi aparmasına, hava əməliyyatlarına dair mühüm məlumatları eyni vaxtda görüntülü və onlayn rejimdə ötürməsinə şərait yaradacaq:
“Mövcud komanda-idarəetmə infrastrukturunda bütün işlərin avtomatik rejimdə həyata keçirilməsi ordumuzun döyüş hazırlığına və çevikliyinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.
“Bir sözlə, bu sistem Azərbaycan Hərbi Hava Qüvvələrinin daha dəqiq, çevik və əlaqəli fəaliyyət göstərməsi üçün əlavə və mühüm imkanlar deməkdir”,- deyə o əlavə edib.
Çimnaz Telmanqızı
03:05 / 13 Oktyabr 2026
167
01:20 / 13 Oktyabr 2026
124
00:44 / 13 Oktyabr 2026
994
00:38 / 13 Oktyabr 2026
206
00:35 / 13 Oktyabr 2026
681
00:33 / 13 Oktyabr 2026
141
00:13 / 13 Oktyabr 2026
170
00:08 / 13 Oktyabr 2026
348
00:07 / 13 Oktyabr 2026
247
00:05 / 13 Oktyabr 2026
192
23:56 / 12 Oktyabr 2026
120
23:49 / 12 Oktyabr 2026
235
23:46 / 12 Oktyabr 2026
1050
23:32 / 12 Oktyabr 2026
152
23:25 / 12 Oktyabr 2026
131
23:17 / 12 Oktyabr 2026
234
23:16 / 12 Oktyabr 2026
134
23:14 / 12 Oktyabr 2026
238
23:04 / 12 Oktyabr 2026
104
23:04 / 12 Oktyabr 2026
1393
23:01 / 12 Oktyabr 2026
159
22:54 / 12 Oktyabr 2026
150
22:43 / 12 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.