Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2638
20.10.2026, 15:09
Azərbaycan niyə BƏƏ ilə hava hücumundan müdafiə sahəsində əməkdaşlığı genişləndirir? — AÇIQLAMA
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli münasibətlər, xüsusilə hərbi-texniki, hərbi aviasiya və hava hücumundan müdafiə (HHM) sahələrində sürətlə inkişaf edərək keyfiyyətcə yeni müstəviyə yüksəlir. Ölkələrimiz arasında siyasi və iqtisadi müstəvidə qurulan möhkəm təməllər son dövrlərdə hərbi sahədə də özünü qabarıq şəkildə büruzə verməkdədir.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin BƏƏ-nin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüş bu əməkdaşlığın bariz nümunəsidir. Tərəflər arasında hərbi qulluqçuların qarşılıqlı səfərləri, birgə təlimlərin təşkili və genişmiqyaslı fikir mübadilələri hər iki dövlətin təhlükəsizlik maraqlarına xidmət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı döyüş təcrübəsi, xüsusilə hava məkanının qorunması və düşmən hədəflərinin zərərsizləşdirilməsi istiqamətində tətbiq edilən innovativ metodlar benəlxalq müstəvidə böyük maraq doğurmaqdadır.
Eyni zamanda, regionda və dünyada baş verən qlobal geosiyasi proseslər, Yaxın Şərqdəki gərginliklər, eləcə də digər beynəlxalq münaqişələr fonunda Xəzər hövzəsi və ətraf regionlarda təhlükəsizlik memarlığının yenidən qurulması zərurəti yaranmışdır. Məhz bu reallıqları nəzərə alaraq, Azərbaycan mövcud hərbi çağırışlara qarşı hər zaman yüksək hazırlıq səviyyəsində olmağa çalışır. BƏƏ ilə əməkdaşlıq çərçivəsində tətbiq olunan qabaqcıl hərbi texnologiyaların mənimsənilməsi və aviasiya potensialının artırılması ölkəmizin səma sərhədlərinin etibarlı qorunmasını təmin edir. Hər iki ölkənin ali hərbi rəhbərliyinin qarşılıqlı dialoqu göstərir ki, gələcəkdə bu tərəfdaşlıq daha da genişlənəcək və regionda sabitliyin qorunmasına mühüm töhfə verəcəkdir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında son dövrdə iqtisadi, siyasi, o cümlədən hərbi sahədə çox sıx əlaqələr mövcuddur:
“Hər iki ölkənin hərbi qulluqçuları bir-birinə səfərlər həyata keçirirlər, fikir mübadiləsi aparırlar. Onlardan biri də hərbi aviasiya və hava hücumundan müdafiə sahəsidir ki, buna həm BƏƏ, həm də Azərbaycan bu sahədə maraqlıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan müharibədən çıxmış bir ölkədir, biz hazırda 44 günlük savaşın altı illiyini yaşayırıq. Müharibə dönəmində Azərbaycan hava məkanını qorumaq üçün hansı metodlardan, texnologiyalardan istifadə edibsə, onu tərəfdaşları ilə bölüşür.
Üzeyir Cəfərovun sözlərinə görə, son zamanlar regionda baş verən hadisələr – ABŞ, İsrail, İran toqquşması, Rusiya-Ukrayna müharibəsində Xəzər dənizi ilə bağlı vəziyyət Azərbaycanı mövcud çağırışlara hazır olmağa vadar edir. Ona görə də Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə ən yüksək səviyyədə əməkdaşlıq edir:
“Biz BƏƏ-nin hərbi aviasiyasından, onun təcrübəsindən yararlanmaq istəyirik, hava hücumundan müdafiə sistemimizi təkmilləşdirmək istəyirik. Hər iki ölkənin rəsmi şəxslərinin görüşməsi, Müdafiə nazirliyinin baş qərargah rəisi, Hərbi Hava Qüvvələri komandanı general-leytenant Namiq İslamzadənin görüşləri Azərbaycanın bir sıra ölkələrlə hərbi sahədə əməkdaşlığa önəm verdiyinin bariz göstəricisidir”.
Çimnaz Telmanqızı
11:28 / 10 Noyabr 2026
1
11:16 / 10 Noyabr 2026
75
11:04 / 10 Noyabr 2026
52
10:45 / 10 Noyabr 2026
77
10:39 / 10 Noyabr 2026
386
10:32 / 10 Noyabr 2026
85
10:28 / 10 Noyabr 2026
126
10:21 / 10 Noyabr 2026
164
10:17 / 10 Noyabr 2026
108
10:15 / 10 Noyabr 2026
130
10:10 / 10 Noyabr 2026
110
09:50 / 10 Noyabr 2026
438
09:46 / 10 Noyabr 2026
105
09:35 / 10 Noyabr 2026
133
09:26 / 10 Noyabr 2026
181
09:19 / 10 Noyabr 2026
127
08:56 / 10 Noyabr 2026
235
08:46 / 10 Noyabr 2026
341
08:42 / 10 Noyabr 2026
2796
05:37 / 10 Noyabr 2026
167
05:27 / 10 Noyabr 2026
272
04:34 / 10 Noyabr 2026
164
04:12 / 10 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.