Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
26 May 2026, 19:25
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1231
23.03.2026, 18:44
Tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.
"Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant" hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.
Azərbaycan Tibb Universitetində (ATU) hərbi kadrların hazırlanması və gənc həkimlərin orduya cəlb edilməsi məsələsi gündəmdədir.
Hərbi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı Oxu24.com-a açıqlamasında maraqlı məqamlara toxunaraq, hərbi kafedranın fəaliyyəti və yeni tətbiq edilən qaydaların mahiyyətini izah edib.
Ekspert bildirib ki, hazırda tibb ixtisası üzrə çağırışçı kadrlar yalnız Azərbaycan Tibb Universitetində hazırlanır. Belə ki, universitetin hərbi kafedrasında təhsil alan tələbələr həm nəzəri, həm də praktiki biliklərə yiyələnirlər. İmtahanları uğurla başa vuran məzunlara leytenant hərbi rütbəsi verilir və onlar hərbi həkim kimi xidmətə cəlb olunurlar.
“Məqsəd gənc mütəxəssisləri həvəsləndirməkdir”.
Keçmiş təcrübəyə toxunan ekspert qeyd edib ki, əvvəllər digər ali məktəblərdə də hərbi kafedralar mövcud olsa da, sonradan onlar ləğv edilib. Hazırkı qanunvericiliyə əsasən, bir illik xidmət müddətinin peşəkar hərbi həkim yetişdirmək üçün kifayət etmədiyini vurğulayan mütəxəssis, yeniliklərin əsas hədəfini belə izah edib:
“Hərbi həkimin yetişməsi on illərlə vaxt tələb edir. Bu sahədə kadr çatışmazlığı yoxdur, ordumuz kifayət qədər mütəxəssislə təmin olunub. Lakin yeni addımlar məhz gənc zabitləri hərbi xidmətə həvəsləndirmək məqsədi daşıyır. Dövlət onlara şərait yaradır ki, gənc həkim kimi orduda qalsınlar, təcrübə toplasınlar və gələcəkdə hərbi yönümlü tibb müəssisələrində peşəkar kimi fəaliyyət göstərsinlər”.
Qeyd edək ki, hərbi kafedranı bitirən məzunlar ya tibb xidməti leytenantı kimi hərbi hissələrdə, hospitallarda və tibb taborlarında xidmət edir, ya da ehtiyata buraxılırlar.
Çimnaz Telmanqızı
00:03 / 30 May 2026
65
23:57 / 29 May 2026
152
23:54 / 29 May 2026
178
23:43 / 29 May 2026
160
23:31 / 29 May 2026
68
23:23 / 29 May 2026
779
23:00 / 29 May 2026
362
22:52 / 29 May 2026
65
22:47 / 29 May 2026
200
22:44 / 29 May 2026
99
22:34 / 29 May 2026
237
22:23 / 29 May 2026
326
22:16 / 29 May 2026
78
21:54 / 29 May 2026
216
21:42 / 29 May 2026
473
21:38 / 29 May 2026
382
21:11 / 29 May 2026
314
21:11 / 29 May 2026
104
21:05 / 29 May 2026
327
20:51 / 29 May 2026
141
20:47 / 29 May 2026
116
20:32 / 29 May 2026
100
20:25 / 29 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.