Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2064
25.07.2025, 12:34
Şəhid Ağayev Ramiz İmamverdi oğlunun bu gün doğum günüdür.Yaşasaydı,32 yaşını qeyd edəcəkdi.
O,1993-cü il, iyul ayının 25-də Bakının Biləcəri qəsəbəsində doğulub.
Oxu24.com xəbər verir ki, Ramiz 301 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətə yola düşüb.
Ramiz xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirib. Daha sonra, rayonlardan birinə təlimə göndərilib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı hərbçi kimi Kəlbəcər istiqamətində gedən döyüşlərə qoşulub. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Daha sonra Füzuli istiqamətindəki döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Çiyinindən və boğazından 3 güllə yarası alsa da, döyüş meydanını tərk etməyib. Yarası ağır olduğundan, Ramiz hərbi hospitala yerləşdirilib, çiynindəki mərmini çıxarmaq mümkün olmayıb. Tam sağalmamış geri, cəbhəyə qayıdıb və Şuşanın azadlığı uğrunda döyüşə atılıb. Həmin döyüşdə Ramiz və əsgər yoldaşalrı Şuşa Qalasına nəzarəti ələ keçiriblər. O günün səhəri, noyabrın 7-də ermənilər tərəfindən atılan artileriya mərmisinin qəlpəsi Ramizin ürəyinə sancılıb və o, şəhid olub.
Həmçinin oxuyun
Atasının dediyinə görə, Ramiz general olmağı arzulayırmış. Arzusu ürəyində qalsa da, hazırda 2-ci Fəxri Xiyabanda qəhrəman general Polad Həşimovla birgə uyuyur.
Ramiz Ağayev ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.