Qaynar xətt:

(+99450) 247 90 86

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

2018-10/1539754622_4832809.jpg

DÜNYA

1288

17.10.2018, 09:36

\"\" Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.
Oxu24.com-un xəbərinə görə, bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib. “O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, - Uayt deyib. UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər. “Həbib əla oğlandır”, - təşkilat rəhbəri əlavə edib. Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib. Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib.