Qaynar xətt:

(+99450) 247 90 86

MÖHTƏŞƏM YENİLİK. Britaniyada havanı təmizləyən avtobus istifadəyə verildi

2018-10/1538915983_avtobu.jpg

DÜNYA

937

07.10.2018, 16:39

\"\" Britaniyanın Sautqempton şəhərində qeyri-adi avtobus istifadəyə verilib.
Oxu24.com Design Feeds-ə istinadən xəbər verir ki, yeni icad havanı təmizləməyə kömək edəcək. Məlumdur, Sautqempton Britaniyanın ən çirkləndirilmiş şəhərlərindən biri hesab edilir. Buna görə, \"Go-Ahead\" nəqliyyat şirkəti bu vəziyyəti bir qədər düzəltməyə qərar verib. Onlar avtobusları xüsusi filtrlə təchiz ediblər. Nəqliyyatın üzərində quraşdırılan qurğu çirkləndirilmiş havanı yenidən emal edir və onu təmizlənmiş halda geri buraxır.