Qaynar xətt:

(+99450) 247 90 86

Dünya çempionatında 3-cü yer uğrunda mübarizə

2018-07/1531546780_5af5537110140_dunya-cemp.jpg

DÜNYA

1377

14.07.2018, 09:42

\"\" Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı sona yaxınlaşır.
Unikal.org xəbər verir ki, bu gün DÇ-2018-də 3-cü yer uğrunda oyun keçiriləcək. Mundialın bürünc medalları uğrunda Belçika və İngiltərə yığmaları mübarizə aparacaq. Belçika yarımfinalda Fransaya 0:1 hesabıyla uduzubsa, İngiltərə Xorvatiya ilə əsas vaxtı 1:1 hesabıyla bitən görüşün əlavə vaxtında buraxdığı daha bir qola görə finala çıxa bilməyib. Qeyd edək ki, dünya çempionatının final matçı sabah Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da start götürəcək. DÇ-2018, 3-cü yer uğrunda oyun 14 iyul 18:00. Belçika - İngiltərə Baş hakim: Alireza Fəqani (İran). Sankt-Peterburq. \"Sankt-Peterburq” stadionu.