Dünyaya ən çox ərzaq satan 11 ölkə - SİYAHI
10 Noyabr 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
74
10.11.2026, 18:04
ABŞ-da yaşlı qadının evində təxminən 40 il gizli saxlanılan rəsm əsəri milyonlarla dollar dəyərində nadir sənət nümunəsi kimi üzə çıxıb.
Oxu24.com xəbər verir ki, Nyu-Yorkun Manhetten rayonundakı mənzildə xəz paltoların arxasında yerləşdirilmiş taxta qutuda tapılan əsərin məşhur amerikalı rəssam Corciya O'Kiffə məxsus olduğu təsdiqlənib.
“Abiquiu yaxınlığında, Nyu-Meksiko I” adlanan rəsm 1930-cu ildə yaradılıb və Nyu-Meksiko ştatındakı Lobo zirvəsini təsvir edir. Təxminən 25x61 santimetr ölçüsündə olan əsərin orijinallığı incəsənət mütəxəssisləri tərəfindən təsdiqlənib.
Rəsm yaşlı xalasına əşyalarını toplamağa kömək edən Betsi adlı qadın tərəfindən aşkarlanıb. Məlum olub ki, əsər 1960-cı illərdə sahibinə anası tərəfindən məzuniyyət hədiyyəsi olaraq verilib və uzun müddət evin divarından asılıb. Lakin 1980-ci illərdə bir qonağın rəsmə həddindən artıq maraq göstərməsi sahibini oğurluq təhlükəsindən narahat edib. Bundan sonra əsər yenidən qutusuna qoyularaq şkafda gizlədilib və təxminən 40 il orada qalıb.
Tarixi sənədlərə əsasən, rəsm 15 aprel 1963-cü ildə Nyu-Yorkdakı Şəhər Mərkəzi Qalereyasından 3800 dollara alınıb. Hazırda onun bazar dəyərinin təxminən 3 milyon dollar olduğu qiymətləndirilir.
İtmiş hesab edilən sənət əsəri 17 noyabr 2026-cı ildə Nyu-Yorkda “Christie's” hərrac evində satışa çıxarılacaq. Hərracdan əvvəl, noyabrın 7-dən 17-dək rəsm ziyarətçilər üçün pulsuz nümayiş etdiriləcək.
Məlumata görə, əsərin sahibi olan yaşlı qadın rəsm yenidən aşkar edildikdən qısa müddət sonra 98 yaşında vəfat edib.Musavat.com
18:26 / 10 Noyabr 2026
1
18:25 / 10 Noyabr 2026
27
18:19 / 10 Noyabr 2026
47
18:17 / 10 Noyabr 2026
48
18:02 / 10 Noyabr 2026
491
17:54 / 10 Noyabr 2026
89
17:42 / 10 Noyabr 2026
92
17:35 / 10 Noyabr 2026
86
17:16 / 10 Noyabr 2026
321
17:10 / 10 Noyabr 2026
118
17:06 / 10 Noyabr 2026
192
16:55 / 10 Noyabr 2026
594
16:47 / 10 Noyabr 2026
100
16:41 / 10 Noyabr 2026
98
16:35 / 10 Noyabr 2026
165
16:21 / 10 Noyabr 2026
164
16:12 / 10 Noyabr 2026
284
15:58 / 10 Noyabr 2026
132
15:44 / 10 Noyabr 2026
238
15:34 / 10 Noyabr 2026
383
15:31 / 10 Noyabr 2026
109
15:25 / 10 Noyabr 2026
149
15:22 / 10 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.