ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
224
22.10.2026, 22:43
Ukrayna müharibə başa çatdıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün üç variantı nəzərdən keçirir.
Oxu24.com-un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 22-də Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik təminatları kompleks şəkildə nəzərdən keçirilməlidir. Belə ki, bu variantlara NATO-ya üzvlük, ABŞ-nin birbaşa təhlükəsizlik təminatları, eləcə də Avropanın təhlükəsizlik təminatlarını nəzərdə tutan "İstəklilər koalisiyası"nın dəstəyi daxildir.
Zelenski qeyd edib ki, bu təminatlar güclü Ukrayna ordusuna əsaslanmalıdır. Bunun üçün Ukrayna Silahlı Qüvvələrinin həm şəxsi heyətinin sayının, həm də döyüş qabiliyyətinin artırılması, eləcə də əhəmiyyətli maliyyə vəsaitinin ayrılması tələb olunur.
"Avropa və Amerikadakı tərəfdaşlarımız bundan xəbərdardırlar. Biz artıq həm maliyyələşdirmə, həm də dövlətimizin özünü təhlükəsiz hiss etməsi üçün lazım olan hərbçilərin sayı ilə bağlı hesablamalar aparmışıq", – deyə o bildirib.
Ukrayna Prezidenti NATO-ya üzvlüyün də təhlükəsizlik təminatlarının mümkün variantlarından biri olduğunu vurğulayıb. Onun fikrincə, Ukraynanın Alyansa üzvlüyü həm NATO, həm də Ukrayna üçün əhəmiyyətlidir.
"Biz hesab edirik ki, bu, vacibdir. Ordumuz NATO üçün əhəmiyyətlidir, eyni zamanda NATO Ukraynanın təhlükəsizliyi üçün çox vacibdir. Hələlik bu barədə ətraflı danışmırıq, lakin tərəfdaşlarımızla müzakirələr aparırıq. Mən hesab edirəm ki, açığını desək, Ukraynanın NATO-ya üzvlüyü Rusiyaya da lazımdır. Çünki bu, Ukraynanın Alyansdan kənarda qalmasından daha böyük təhlükəsizlik təmin edə bilər", – deyə Zelenski əlavə edib.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.