İran Avropanın bu ölkələrini vuracaq - Xəbərdarlıq
03 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
250
27.08.2026, 13:34
İtaliyanın cənubunda yerləşən tarixi Aliano şəhərində insan sifətinə bənzəyən qeyri-adi evlər turistlərin diqqətini çəkir.
Uzaqdan baxdıqda bu tikililərin pəncərələri gözlərə, çıxıntılı bacaları buruna, tağlı qapıları isə ağıza bənzəyir. Yerli sakinlər onları “gözlü evlər” adlandırırlar.
Tikililərin fasadlarında istifadə olunan simmetriya onların ifadəsini də dəyişir. Pəncərələrin ölçüsü və yerləşdirilməsindən asılı olaraq evlər bəzən təəccüblənmiş, bəzən qəzəbli, hətta qorxmuş insan sifətini xatırladır.
Memar Lodoviko Alessandrinin araşdırmalarına görə, bu evlərin XVIII-XIX əsrlər arasında inşa edildiyi ehtimal olunur. Lakin onların hansı məqsədlə bu formada tikildiyini təsdiqləyən dəqiq tarixi sənəd yoxdur.
Tarixçilər və mütəxəssislər fasadlardakı qeyri-adi simmetriyanın təsadüfi olmadığını düşünürlər. Onların fikrincə, insan sifətini xatırladan bu formalar evləri və sakinlərini pis ruhlardan və “pis göz”dən qoruyan simvolik maskalar kimi istifadə olunmuş ola bilər.
Lakin zaman keçdikcə sürüşmələr, baxımsızlıq və əhalinin başqa ərazilərə köçməsi bu unikal tikililərin bir çoxunun dağılmasına səbəb olub.
Şəhər meydanında qorunub saxlanılan sonuncu nümunələrdən biri isə az qala mübahisəli bərpa layihəsinin qurbanına çevrilib. Layihəyə əsasən, evin “burnunu” xatırladan tarixi bacanın sökülərək həmin hissədə vanna otağı yaradılması nəzərdə tutulurdu.
Memar Lodoviko Alessandrinin etirazından sonra layihəyə dəyişiklik edilib və binanın insan sifətini xatırladan tarixi fasadı qorunub saxlanılıb.
Bu gün Alianoda belə evlərin yalnız bir neçə nümunəsi qalıb. Onlardan biri şəhər meydanında, digəri isə şəhərin girişində yerləşir və turistlərin böyük marağına səbəb olur.
10:01 / 03 Noyabr 2026
1
10:00 / 03 Noyabr 2026
14
09:58 / 03 Noyabr 2026
22
09:31 / 03 Noyabr 2026
44
09:29 / 03 Noyabr 2026
43
09:28 / 03 Noyabr 2026
55
07:35 / 03 Noyabr 2026
130
06:33 / 03 Noyabr 2026
143
03:05 / 03 Noyabr 2026
408
02:30 / 03 Noyabr 2026
445
01:55 / 03 Noyabr 2026
266
00:25 / 03 Noyabr 2026
204
00:20 / 03 Noyabr 2026
481
00:15 / 03 Noyabr 2026
335
00:15 / 03 Noyabr 2026
209
00:06 / 03 Noyabr 2026
435
23:44 / 02 Noyabr 2026
361
23:39 / 02 Noyabr 2026
176
23:38 / 02 Noyabr 2026
170
23:37 / 02 Noyabr 2026
229
23:32 / 02 Noyabr 2026
154
23:28 / 02 Noyabr 2026
156
23:24 / 02 Noyabr 2026
340
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.