Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
66
03.11.2026, 09:58
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb. Məhkəmə tərkibi digər proseslərin vaxtına görə növbəti məhkəmə iclasını noyabrın 23-ü 10:00-a təyin edib.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda həmin MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Mikayılov Rüstəm İsmayıl oğlu və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Əşrəfova Səmayə Asif qızının qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İbtidai istintaqla Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın 2017-2024-cü illərdə qeyd edilən vəzifədə işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim etmələrinə, qeyd edilən sənədlər əsasında müavinətlərin ödənilməsinə, habelə Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Səmayə Əşrəfovaya isə həmin Məcəllənin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa, hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.
10:27 / 03 Noyabr 2026
1
10:24 / 03 Noyabr 2026
15
10:20 / 03 Noyabr 2026
34
10:17 / 03 Noyabr 2026
49
10:01 / 03 Noyabr 2026
174
10:00 / 03 Noyabr 2026
59
09:31 / 03 Noyabr 2026
63
09:29 / 03 Noyabr 2026
64
09:28 / 03 Noyabr 2026
74
07:35 / 03 Noyabr 2026
148
06:33 / 03 Noyabr 2026
163
03:05 / 03 Noyabr 2026
452
02:30 / 03 Noyabr 2026
517
01:55 / 03 Noyabr 2026
271
00:25 / 03 Noyabr 2026
211
00:20 / 03 Noyabr 2026
489
00:15 / 03 Noyabr 2026
342
00:15 / 03 Noyabr 2026
216
00:06 / 03 Noyabr 2026
439
23:44 / 02 Noyabr 2026
377
23:39 / 02 Noyabr 2026
181
23:38 / 02 Noyabr 2026
173
23:37 / 02 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.