Pensiyalar bu tarixdə ödəniləcək
03 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
03.11.2026, 09:31
Noyabrın 3-də Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
"Azərişıq"dan Oxu24.com-a verilən məlumata görə, Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Səbail rayonunda TM-də təmir işləri icra olunarkən Badamdar qəsəbəsi 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Binəqədidə 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq “Aşağı Sulutəpə” və “Xocəsən” hava xətlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri zamanı 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 10:00-dan 17:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Xəzər rayonunda 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev, Məmməd Namazov küçələrinin bir sıra yerlərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
10:17 / 03 Noyabr 2026
1
10:01 / 03 Noyabr 2026
126
10:00 / 03 Noyabr 2026
49
09:58 / 03 Noyabr 2026
48
09:29 / 03 Noyabr 2026
53
09:28 / 03 Noyabr 2026
66
07:35 / 03 Noyabr 2026
138
06:33 / 03 Noyabr 2026
152
03:05 / 03 Noyabr 2026
430
02:30 / 03 Noyabr 2026
494
01:55 / 03 Noyabr 2026
270
00:25 / 03 Noyabr 2026
211
00:20 / 03 Noyabr 2026
488
00:15 / 03 Noyabr 2026
341
00:15 / 03 Noyabr 2026
216
00:06 / 03 Noyabr 2026
439
23:44 / 02 Noyabr 2026
372
23:39 / 02 Noyabr 2026
180
23:38 / 02 Noyabr 2026
172
23:37 / 02 Noyabr 2026
232
23:32 / 02 Noyabr 2026
158
23:28 / 02 Noyabr 2026
160
23:24 / 02 Noyabr 2026
344
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.