Qaynar xətt:

(+99450) 247 90 86

Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək-VİDEO 

Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək-VİDEO 

CƏMİYYƏT

109

03.11.2026, 07:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İşini itirən vətəndaşların kredit borclarının sığorta hesabına tam və ya qismən ödənilməsi nəzərdə tutulur. Çünki işsizlikdən sığorta ilə bağlı yeni qaydalar hazırlanır. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq.

V.Bayramov deyib ki, Mərkəzi Bank artıq qaydaları hazırlayıb və qısa müddətdə tətbiqi gözlənilir. Yeni qaydalar  birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.

V.Bayramov onu da bildirib ki, sığorta ödənişlərindən sui-istifadənin qarşısını almaq üçün yalnız qanunda nəzərdə tutulan hallarda, məsələn, ixtisar və ya işəgötürənin fəaliyyətinin dayandırılması zamanı sığorta ödənişi ediləcək. İşçinin öz ərizəsi ilə işdən çıxması isə sığorta hadisəsi sayılmayacaq.

Vüqar Bayramov onu da qeyd edib ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faiz azalmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır.

İşini itirən şəxsin kredit borcunu sığortanın ödəməsi həm müştərinin, həm bankın üzərinə düşən yükü dəyişir. Buna görə də kredit şərtlərinin və risklərin necə bölüşdürüləcəyi müəyyən edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirİk: