Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
493
15.07.2026, 19:37
Xankəndi şəhərində yanğınla nəticələnən partlayış olub.
Oxu24.com xəbər verir ki, hadisə şəhər ərazisində fəhlələrin məskunlaşdığı binada ehtiyatsızlıq nəticəsində baş verib.
Belə ki, Xankəndidəki tikinti şirkətlərindən birində fəhlə işləyən Abşeron rayon sakini - 1983-cü il təvəllüdlü Rəşad Əliyev inşaat sahəsində kiplənmiş barıt tapıb. O, həmin əşyanı götürüb və yaşadığı evdə gizlədib. Bir müddətdən sonra o yaşadığı Abşeron rayonu Şəfəq qəsəbəsindəki evinə gəlməyə hazırlaşarkən həmin əşyanı da özü ilə götürmək istəyib. Lakin onun ölçüsü böyük olduğundan çantasına yerləşməyib. Rəşad həmin əşyanı hissələrə bölmək qərarına gəlib və bu məqsədlə evdəki laqunda ilə kəsərək hissələrə ayırmağa çalışıb. Bu zaman barıtda alışma yaranıb və partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə nəticəsində Rəşad və onunla birlikdə otaqda olan iş yoldaşı İsgəndər Hüseynov ağır yanıq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılsalar da İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəşad Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Əliyev ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Oxu.az
20:21 / 04 Oktyabr 2026
11
20:06 / 04 Oktyabr 2026
53
19:55 / 04 Oktyabr 2026
50
19:44 / 04 Oktyabr 2026
119
19:23 / 04 Oktyabr 2026
57
19:16 / 04 Oktyabr 2026
90
19:09 / 04 Oktyabr 2026
83
18:44 / 04 Oktyabr 2026
80
18:34 / 04 Oktyabr 2026
62
17:50 / 04 Oktyabr 2026
85
17:45 / 04 Oktyabr 2026
83
17:35 / 04 Oktyabr 2026
86
17:30 / 04 Oktyabr 2026
559
17:23 / 04 Oktyabr 2026
398
17:20 / 04 Oktyabr 2026
58
16:58 / 04 Oktyabr 2026
2744
16:56 / 04 Oktyabr 2026
352
16:55 / 04 Oktyabr 2026
245
16:53 / 04 Oktyabr 2026
269
16:51 / 04 Oktyabr 2026
96
16:49 / 04 Oktyabr 2026
83
14:30 / 04 Oktyabr 2026
114
14:04 / 04 Oktyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.