Avropa Ukrayna ilə danışıqlarda Rusiyanın üstünlüyündən qorxur
09 Noyabr 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
14.07.2026, 19:47
Şuşada keçirilən IV Qlobal Media Forumu həm regional, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edən mühüm platformadır. Dünyanın 50-dən çox ölkəsindən təxminən 200 media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirak etdiyi bu tədbirdə informasiya sahəsində qarşıda duran əsas çağırışlar müzakirə olunur.
Forumun əsas hədəflərindən biri məhz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə birbaşa və obyektiv şəkildə çatdırılmasıdır. Artıq ənənəvi xarakter alan bu mötəbər tədbirdə dövlət başçısının iştirakı və xarici jurnalistlərin suallarını birbaşa cavablandırması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir. Bu format regional informasiya təhlükəsizliyinin gücləndirilməsi və media sahəsində yeni əməkdaşlıq formatlarının qurulması baxımından müstəsna rol oynayır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Zeynal Əmrəliyev forumun regional və qlobal əhəmiyyətini, eləcə də informasiya siyasətinə təsirlərini şərh edib:
"Forumda müzakirə ediləcək məsələlər regional və qlobal əhəmiyyətli məsələlərdir. Bu, əlbəttə ki, dünya mediası üçün çox cəlbedici mövzular müzakirə edilir və burda əsas istiqamət məhs Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Yəni bu forumun ümumilikdə müzakirə mövzusu, istiqaməti əsasən, budur”.
Onun sözlərinə görə, artıq bir neçə ildir ki, forum keçirilir. Burada birbaşa Azərbaycanın əsas informasiya siyasətinin başında duran cənab Prezident İlham Əliyevin iştirak etməsi və dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin suallarına birbaşa cavab verməsi ümumilikdə dünyanın informasiya məkanında Azərbaycanın rolunu ən yüksək səviyyəyə çıxarır və Azərbaycan dövlət başçısının dünya miqyasında nə qədər nüfuzlu siyasətçi olduğu gerçəyini bir daha ortalığa qoyur.
Zeynal Əmrəliyev qeyd edir ki, bu forum keçirildiyi ərəfədə bütün dünya mətbuatı Azərbaycandan yazır, Azərbaycanda forum zamanı səsləndirilən fikirlərdən bəhs olunur:
“Burada təkcə regional əhəmiyyətli məsələlər müzakirə edilmir, eyni zamanda qlobal əhəmiyyətli məsələlər də geniş səpkidə media jurnalistləri tərəfindən müzakirə mövzusudur. Müxtəlif panellərdə qonaqlara bu mövzuda suallar verilir, onların fikirləri öyrənilir, bunun əsasında təhlillər aparılır. Yəni həm informasiya siyasətinin müəyyən edilməsi üçün regional əhəmiyyətli, eyni zamanda qlobal məsələlərin analitik çərçivədə müzakirəsi üçün IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti böyükdür”.
Politoloq sonda əlavə edib ki, dünyanın informasiya siyasəti məhz bir neçə gün Azərbaycanın doğma diyarı olan Şuşada cərəyan etdi və bu forum artıq tamamilə dünya informasiya məkanında oturuşmuş, öz yerini tapmış və olduqca mühüm əhəmiyyət kəsb edən, güclü nüfuzu olan bir qlobal əhəmiyyətli tədbirə çevrilib.
Çimnaz Telmanqızı
21:09 / 09 Noyabr 2026
1
21:01 / 09 Noyabr 2026
235
20:59 / 09 Noyabr 2026
48
20:47 / 09 Noyabr 2026
58
20:42 / 09 Noyabr 2026
98
20:39 / 09 Noyabr 2026
87
20:27 / 09 Noyabr 2026
68
20:25 / 09 Noyabr 2026
536
20:14 / 09 Noyabr 2026
210
20:12 / 09 Noyabr 2026
117
20:11 / 09 Noyabr 2026
120
20:10 / 09 Noyabr 2026
162
20:06 / 09 Noyabr 2026
94
19:53 / 09 Noyabr 2026
107
19:52 / 09 Noyabr 2026
229
19:44 / 09 Noyabr 2026
151
19:44 / 09 Noyabr 2026
153
19:27 / 09 Noyabr 2026
95
19:25 / 09 Noyabr 2026
215
19:19 / 09 Noyabr 2026
139
19:15 / 09 Noyabr 2026
185
19:12 / 09 Noyabr 2026
324
19:11 / 09 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.