Qaynar xətt:

(+99450) 247 90 86

OpenAI yeni GPT-5.6 modelini təqdim edəcək

OpenAI yeni GPT-5.6 modelini təqdim edəcək

DÜNYA

84

08.07.2026, 12:06

ChatGPT-nin yaradıcısı olan OpenAI yeni süni intellekt modeli GPT-5.6 seriyasını iyulun 9-da ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Oxu24.com france24.com-a istinadən xəbər verir ki, şirkətin məlumatına görə, yeni seriyaya flaqman model Sol, orta səviyyəli Terra və sürətli, daha sərfəli Luna daxildir.

Yeni modelin təqdimatı ABŞ hökumətinin təhlükəsizlik yoxlamalarından sonra daha geniş istifadəyə icazə verməsi fonunda baş tutur. Bundan əvvəl GPT-5.6 yalnız məhdud sayda etibarlı tərəfdaş üçün əlçatan idi.

OpenAI bildirib ki, model artıq qlobal miqyasda mərhələli şəkildə istifadəçilərə təqdim olunacaq.

Turan