İran infrastrukturunu yenidən quracaq
27 İyul 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
505
11.05.2026, 16:25
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandan sonra diqqətini Kubaya yönəldəcəyini bildirib. Tramp Kubanı "fəaliyyət qabiliyyətini itirmiş dövlət" adlandırıb və ABŞ-nin xarici siyasətdə digər istiqamətlərə keçməzdən əvvəl bu ölkəyə fokuslanacağını deyib.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı deputat Tural Gəncəliyev Ajans.az-a açıqlama verib.
Millət vəkili bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrandan sonra Kubaya yönələcəyi ilə bağlı fikirləri dünyada böyük əks-səda doğurub. Trampın Kuba ilə bağlı belə bir bəyanatı daha çox İranda uğursuz siyasətini ört-basdır etmək üçün atılmış addımdır. Çünki İranda heç bir ciddi nəticə əldə edilmədi. Hörmüz boğazı ilə bağlı İran ABŞ-ın bütün təzyiqlərini rədd etdi və Vaşinqtonun nüfuzunu qorumaq üçün yeni bir uğur hekayəsinə ehtiyacı yarandı. Bu baxımdan Kuba üzərində hansısa əməliyyat ehtimalı gündəmə gətirilə bilər.
Onun sözlərinə görə, Kubaya münasibətdə ABŞ-ın daha “uğurlu” görünməsi mümkündür. Çünki Kuba ABŞ-a çox yaxın coğrafiyada yerləşir və burada ABŞ-a qarşı başqa böyük güclərin ciddi müqavimət göstərmək imkanları məhduddur. Əgər Kubada hakimiyyət dəyişikliyi və ya hansısa müdaxilə baş versə, onun yardımına ciddi şəkildə heç kimin çata bilməyəcəyi düşünülür. İran məsələsində isə Çin və müəyyən mənada Rusiyanın dəstəyi hiss olunur.
“Kubayla bağlı digər məqam isə odur ki, burada Venesuela modeli keçərli deyil. Venesuelada Maduro kimi parlaq və tanınmış fiqur var idi. Maduro demək olar ki, Venesuelanın simvoluna çevrilmişdi. Onun ətrafında baş verən proseslər böyük rezonans doğururdu və ABŞ xüsusi hərbi gücünü nümayiş etdirərək dünyaya mesaj verməyə çalışırdı. Kubada isə Maduro səviyyəsində tanınan və diqqət çəkən siyasi fiqur yoxdur. Hətta bir çox insanlar Kubanın rəhbərinin, prezidentinin və ya baş nazirinin kim olduğunu belə bilmir.”
Tural Gəncəliyev vurğulayıb ki, ABŞ-ın Kubaya hərbi müdaxiləsinin nə dərəcədə mümkün və ya məntiqli olduğu sual altındadır. Çünki Kuba ABŞ üçün birbaşa təhlükə yaratmır, həmçinin xüsusi neft və qaz resurslarına malik ölkə də deyil. Ona görə də Vaşinqtonun burada konkret nəyi hədəflədiyi tam aydın deyil.
ABŞ Kubanın hansısa bölgəsində və ya sahil hissəsində müəyyən hərbi mövcudluq yaratdı. Bunun böyük rezonans doğuracağı inandırıcı görünmür. Əksinə, sonradan Çe Gevara tipli inqilabi müqavimət hərəkatlarının yaranması ABŞ üçün daha böyük problemlərə səbəb ola bilər.
“Yekun olaraq hesab edirəm ki, Kuba mövzusu Trampın İran üzərində qələbə qazana bilməməsi ilə bağlı fiaskonu ört-basdır etməyə xidmət edir. Çünki son dövrlərdə Dövlət Departamenti tərəfindən naməlum uçan obyektlərlə bağlı materialların yayılması da diqqəti başqa istiqamətə yönəltmək məqsədi daşıyırdı. Eyni zamanda İran siyasətindəki uğursuzluqları kompensasiya etmək üçün Kuba kimi bir ölkə üzərində “qələbə görüntüsü” yaratmağa ehtiyac duyulur. Bununla Tramp həm aşağı düşən reytinqini bərpa etməyə, həm də qarşıdan gələn aralıq seçkilərdə Respublikaçıların ağır məğlubiyyət ehtimalını azaltmağa çalışır.”-deyə, deputat qeyd edib.
15:45 / 27 İyul 2026
9
15:21 / 27 İyul 2026
56
15:20 / 27 İyul 2026
47
15:17 / 27 İyul 2026
50
14:59 / 27 İyul 2026
61
14:34 / 27 İyul 2026
61
14:28 / 27 İyul 2026
59
14:04 / 27 İyul 2026
79
13:59 / 27 İyul 2026
82
13:55 / 27 İyul 2026
69
13:50 / 27 İyul 2026
84
13:47 / 27 İyul 2026
62
13:40 / 27 İyul 2026
92
13:30 / 27 İyul 2026
87
13:15 / 27 İyul 2026
83
12:59 / 27 İyul 2026
82
12:45 / 27 İyul 2026
75
12:45 / 27 İyul 2026
88
12:38 / 27 İyul 2026
87
12:30 / 27 İyul 2026
69
12:29 / 27 İyul 2026
75
12:25 / 27 İyul 2026
77
12:21 / 27 İyul 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.