ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
488
07.05.2026, 18:00
Avropa İttifaqı, mümkün Rusiya hücumlarının qurbanı olmamaq üçün Avropa diplomatik nümayəndəliklərinin 9 maya qədər Kiyevi tərk etməsi ilə bağlı Moskvanın çağırışlarına cavab vermək niyyətində deyil.
Oxu24.com xəbər verir ki,Ukrayna mediasının məlumatına görə, bunu 7 may tarixində Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Anuar Əl-Anuni bildirib.
"Rusiyanın Kiyevə hücum etməklə bağlı açıq təhdidləri onun ehtiyatsız eskalasiya taktikasının bir hissəsidir. Rusiya bir daha Ukraynaya qarşı özünün təcavüzkar müharibəsinin günahını başqasının üzərinə atmağa çalışır. Biz, Aİ olaraq, Kiyevdəki mövqeyimizi və ya varlığımızı dəyişməyəcəyik", - deyə o bildirib.
Avropa Komissiyasının sözçüsünün sözlərinə görə, "Rusiya son illərdə öz ehtiyatsız hücumları ilə Kiyevdəki bir neçə diplomatik nümayəndəliyə, o cümlədən Aİ nümayəndə heyətinə zərər vurub. Rusiya hər gün Kiyevə və Ukraynanın digər şəhərlərinə hücum edir, günahsız mülki şəxsləri öldürür və infrastrukturu hədəf alır. Bundan əlavə, Ukraynanın uzun müddətdir atəşkəs və sülh tələb etmək cəhdlərinə, o cümlədən Prezident Zelenskinin son təklifinə baxmayaraq, Rusiya heç vaxt müharibəni dayandırmaq üçün ciddi bir niyyət göstərməyib və əksinə, vəziyyəti gərginləşdirməyə davam edir..."
Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələri "Ukraynanın Moskvada 9 may şənliklərini pozmağa cəhd etməsi halında" diplomatlarını əvvəlcədən Kiyevdən təxliyə etməyə çağırıb.
Jalə
00:27 / 12 Noyabr 2026
1
00:24 / 12 Noyabr 2026
14
00:19 / 12 Noyabr 2026
27
00:17 / 12 Noyabr 2026
35
00:11 / 12 Noyabr 2026
57
23:54 / 11 Noyabr 2026
67
23:52 / 11 Noyabr 2026
75
23:50 / 11 Noyabr 2026
105
23:45 / 11 Noyabr 2026
538
23:28 / 11 Noyabr 2026
78
23:24 / 11 Noyabr 2026
83
23:18 / 11 Noyabr 2026
95
23:09 / 11 Noyabr 2026
101
23:03 / 11 Noyabr 2026
90
23:01 / 11 Noyabr 2026
115
22:55 / 11 Noyabr 2026
88
22:38 / 11 Noyabr 2026
158
22:31 / 11 Noyabr 2026
105
22:26 / 11 Noyabr 2026
6049
22:22 / 11 Noyabr 2026
111
22:20 / 11 Noyabr 2026
105
22:15 / 11 Noyabr 2026
1250
22:11 / 11 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.